SİYASƏT
Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrison ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır.
Nazir qeyd etmişdir ki, Azərbaycan torpaqlarının işğal faktı davam etdiyi şəraitdə regionda sülhün bərqərar olması mümkünsüzdür.