İQTİSADİYYAT
Azərbaycan və Latviya şirkətləri biometrik sistem sahəsində əməkdaşlıq edəcəklər
Bakı, 1 may (AZƏRTAC). Azərbaycanın informasiya texnologiyaları şirkəti “Ultra” ilə Latviyanın “DPA” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
“Ultra” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, memoranduma əsasən Azərbaycanda biometrik xidmətin göstərilməsi və biometrik həllərin tətbiq olunmasında iki korporasiya arasında bilik və təcrübə mübadiləsi aparılacaqdır.
Latviyanın “DPA” şirkəti 1997-ci ildə yaradılmış və hazırda Baltikyanı ölkələrin tanınmış şirkətlərindən biridir. “DPA” dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən “L-1 Identity Solutions” biometrik texnologiyasını təqdim etmişdir. Bu sistem şəxsiyyətin tanınması üçün məlumatları yüksək səviyyədə identifikasiya etməyə şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]