Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 4 iyul, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Milli İnnovasiyalar Ofisi arasında “Zoom” platforması vasitəsilə onlayn görüş keçirilib. Tədbirdə hər iki qurumun məsul şəxsləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib.

Onlayn görüşdə Milli İnnovasiyalar Ofisinin baş direktoru Olimjon Tuyçiyev çıxış edərək, qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, dövlətin innovasiya siyasətini həyata keçirən qurumun əsas məqsədi ölkədə innovasiya sistemi infrastrukturunun yaradılması, insan kapitalının inkişaf etdirilməsi və gənc startapçılara öz ideyalarını həyata keçirə bilmələri üçün dəstək göstərilməsidir.

O, iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığa dair razılığa gəlindiyini və bir sıra əhəmiyyətli sənədlərin imzalandığını xatırladıb. Baş direktor bu sənədlərdən irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq sahələrdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin önəmini qeyd edib.

O.Tuyçiyev qurumun beynəlxalq əməkdaşlıq əlaqələrinin uğurla davam etdirilməsindən söz açıb, Türkiyənin Yıldız Texniki Universiteti Texnoparkı ilə birlikdə “İnno” texnoparkının yaradıldığını bildirib. O, davamlı olaraq keçirilən innovasiya həftələri çərçivəsində festivalların təşkil edildiyini diqqətə çatdırıb. Baş direktor Özbəkistan və Azərbaycanda bu kimi kiçikmiqyaslı festivalların təşkilinin vacibliyini vurğulayıb.

“TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalının işini yüksək qiymətləndirən O.Tuyçiyev bu kimi mötəbər tədbirlərin müvafiq sahədə əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını söyləyib. O, texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdirildiyi “TEKNOFEST”in növbəti illərdə Özbəkistanda keçirilməsinin planlaşdırıldığını qeyd edib.

“Texnoparkların rezident şirkətlərini bir araya gətirərək onları yaradılan yeni texnologiyalar və həyata keçirilən işlərlə tanış etmək məqsədəuyğundur”, - deyə bildirən O.Tuyçiyev hər iki qurumun təşkilatçılığı ilə onlayn seminarların təşkili istiqamətində hazırlıq işlərinin aparıldığını söyləyib.

Görüşdə çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Özbəkistana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayan əhəmiyyətli hadisə olduğunu vurğulayıb. O, Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə AMEA YTP arasında əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə davam etdirildiyini nəzərə çatdırıb. Eyni dini və mənəvi dəyərlərə sahib olan qardaş ölkə ilə bütün sahələrdə olduğu kimi, elm, texnologiya və innovasiya sahələrində də getdikcə genişləndirilən əməkdaşlıq münasibətlərinin hər iki ölkə üçün son dərəcə əhəmiyyətli olduğunu söyləyib.

Baş direktorun sözlərinə görə, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun iyun ayında Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi və Özbəkistan Elmlər Akademiyasında iştirak etdiyi görüşlər və imzalanan sənədlər elmi-innovativ əməkdaşlığın dinamik inkişafının bariz nümunəsidir. Səfər zamanı imzalanan sənədlərdə iki dövlətin sosial-iqtisadi inkişafı üçün qarşılıqlı maraq doğuran və əhəmiyyət kəsb edən elmi problemlər üzrə birgə tədqiqatların aparılması və innovasiya layihələrinin həyata keçirilməsi, birgə elmi seminar, konfrans və simpoziumların təşkili, kadr, informasiya və nəşr mübadiləsi və s. kimi məsələlər nəzərdə tutulub.

V.Abbasov AMEA YTP-nin beynəlxalq əməkdaşlıq imkanlarını günü-gündən genişləndirdiyini də diqqətə çatdırıb: “Belə ki, hazırda YTP və Koreya Respublikasının Koreya Elm və Texnologiya Siyasəti İnstitutu tərəfindən istismar proqramı çərçivəsində birgə layihə həyata keçirilir. Koreya təcrübəsi əsasında texnologiyaların transferi və kommersiyalaşdırılması, startap və inkubasiya sahələrində bacarıqların artırılması əsas hədəflərimizdəndir. Eyni zamanda, Türkiyə Respublikasında fəaliyyət göstərən texnoparklarla təcrübə mübadiləsi aparılır. Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin koordinatorluğu ilə həyata keçirilən əməkdaşlığımızın qardaş ölkənin texnoparkları və digər aidiyyəti müəssisələri ilə faydalı əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin informasiya ekosistemlərinin inkişafına dəyərli töhfələr verəcəyini əminliklə demək mümkündür”.

Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov texnoparkın yaranması tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. O, YTP-nin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli Sərəncamına əsasən yaradıldığını bildirib. İcraçı direktor deyib ki, texnopark yarandığı gündən ölkə iqtisadiyyatının davamlı inkişafı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan elmi innovasiyalar və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi-təqdiqatların aparılması və müasir texnologiyaların işlənilməsi üzrə müasir istehsalat sahələrinin yaradılması məqsədlərinə xidmət edir. Z.Nəhmətov ölkəmizdə ekosistemin və innovasiya təmayüllü kiçik və orta biznesin inkişaf etdirilməsi, yüksək texnologiyaların transferi və iqtisadiyyatda elmtutumlu məhsulların xüsusi çəkisinin artırılması, inkişafın müxtəlif mərhələlərində olan texnoloji layihələrə investisiyaların cəlb olunmasının YTP qarşısında əsas hədəflər olduğunu diqqətə çatdırıb.

O, hazırda texnoparkda neft-kimya sənayesi, əczaçılıq, robot texnikası, qida texnologiyası, nanotexnologiyalar, proqramlaşdırma, müdafiə sənayesi və digər sahələr üzrə 12 rezidentin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. İcraçı direktor texnoparkın rezidentlər üçün təqdim etdiyi üstünlüklərdən də bəhs edərək YTP-yə rezident kimi qəbul edilmiş müəssisələrin 10 il ərzində əmlak, mənfəət və torpaq vergisindən azad olunduqlarını vurğulayıb. Əlavə edib ki, rezidentlərin idxal etdikləri istehsal avadanlığı, texnika və texnologiyalar, eləcə də tikinti qurğuları 10 il ərzində əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır. Təqdim olunan güzəştlər rezidentlərə qısa bir zamanda texnoparkda fəaliyyətə başlamaq üçün böyük imkanlar açır.

YTP-nin icraçı direktoru çıxışının sonunda iki qurum arasında əməkdaşlıq nəticəsində uğurlu nəticələrin əldə olunacağına, kadr mübadiləsinin aparılması və birgə proqramların icrasının faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaradacağına əminliyini ifadə edib.

Sonda müştərək inkubasiya proqramları vasitəsilə biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, vençur maliyyələşməsi üzrə kapitalın və digər investisiyaların cəlb edilməsi üçün şəraitin yaradılması, Asiya və Avropada fəaliyyət göstərən beynəlxalq donor təşkilatların layihə və qrant proqramlarından birgə faydalanma mexanizminin yaradılması, istehsal edilən məhsulların dövlət sifarişi əsasında satışının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi, biznes inkubatorun maliyyələşdirilməsində, donor təşkilatların ianələrindən, eləcə də yerli və xarici investorların vəsaitlərindən birgə istifadə edilməsi, beynəlxalq bazarlara birgə çıxış imkanları, hər iki ölkənin ekosistemlərini inkişaf etdirmək məqsədilə dünyanın müxtəlif ölkələri ilə çoxtərəfli elmi və texnoloji innovativ təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Həmçinin qeyd olunub ki, birgə kiçik və orta innovasiyalı müəssisələrin yaradılmasına və inkişafına dəstəyin göstərilməsi, innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi, yüksək elmi səviyyəsi və praktik əhəmiyyəti olan, ölkələrin iqtisadi inkişafına kömək edən, yeni texnologiyaların tətbiqi yolu ilə mühüm irəliləyişə səbəb olan birgə elmi-tədqiqat işlərinin dəstəklənməsi vacib məsələlərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib