İQTİSADİYYAT
Azərbaycan və Türkiyənin birgə reallaşdıracaqları layihələr iki qardaş ölkənin dünyadakı nüfuzunun artmasına səbəb olacaqdır
İstanbul, 3 oktyabr (AZƏRTAC). Nyu-Yorkda Xəzər Strateji İnstitutunun (HASEN) təşkilatçılığı ilə “Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin qarantıdır” mövzusunda Xəzər Forumunun birinci sessiyası keçirilmişdir.
Bu sözləri HASEN-in baş katibi Haldun Yavaş AZƏRTAC-a müsahibəsində demişdir.
H.Yavaş qeyd etmişdir ki, Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin iştirak etdikləri toplantıda Trans-Anadolu qaz kəməri (TANAP) və Transadriatik qaz kəməri (TAP) layihələri müzakirə edilmişdir.
Baş katib bildirmişdir ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil ediləcək qazın Avropaya ixracı Türkiyənin regionda strateji əhəmiyyətini artıracaqdır. Həmçinin “Şahdəniz” yatağından çıxarılan qazın TAP kəməri ilə 2018-ci ildə Türkiyəyə çatdırılması və 2019-cu ildə isə Avropaya nəqli Azərbaycanın neft-qaz sektorunda əhəmiyyətli bir ölkə olmasının sübutudur.