SİYASƏT
Azərbaycan xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə İslam Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak edəcəkdir
Bakı, 5 fevral (AZƏRTAC). Fevralın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfər edəcəkdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Məmmədyarov “İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar” mövzusunda keçiriləcək zirvə toplantısında məruzə ilə çıxış edəcəkdir.
Səfər çərçivəsində Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bir sıra ikitərəfli görüşlər də keçirəcəkdir.