SİYASƏT
AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ ABŞ DÖVLƏT KATİBİNİN SİYASİ VƏ HƏRBİ MƏSƏLƏLƏR ÜZRƏ KÖMƏKÇİSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 5 noyabr (AZƏRTAC). ABŞ Dövlət Departamentinin rəsmi internet saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov noyabrın 4-də Vaşinqtonda öz işinə başlamış 11-ci ikitərəfli təhlükəsizlik dialoqu çərçivəsində ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Endryü Şapiro ilə görüşmüşdür. Tərəflər 2007-ci ilin iyul ayında keçirilmiş sonuncu dialoqun uğurunu xüsusi vurğulamışlar.
Dialoqun əsas müzakirə mövzusu beynəlxalq və regional təhlükəsizlik məsələləri, dəniz təhlükəsizliyi, terrorizm və narkomaniya ilə mübarizə, sərhəd təhlükəsizliyi və nüvə silahının yayılmaması olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [22:30]
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
- 04.05.2024 [21:23]
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
- 04.05.2024 [20:40]
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
- 04.05.2024 [19:17]