ELM VƏ TƏHSİL
Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və İnformasiya Texnologiyaları İnstitutunda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə “Antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi” mövzusu üzrə tədqiqatlar aparılıb. Mövzu çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib. Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib.