ELM VƏ TƏHSİL
“Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” monoqrafiyası çap olunub
Bakı, 3 avqust, AZƏRTAC
Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi Simuzər Mamedovanın “Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” monoqrafiyası çapdan olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiyada Azərbaycanda yayılan suda-quruda yaşayanlar və sürünənlərdə parazitlik edən koksidilərin növ tərkibi, yoluxma intensivliyi, onların koksidilərlə yoluxmasının ekoloji amillərdən asılılığı haqqında məlumat verilib.
Kitabdan parazitoloqlar, zooloqlar və ekoloqlar istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [15:47]
İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək
- 08.05.2024 [15:35]
Akademik İsa Həbibbəyli Türk dünyasının elm xadimləri ilə görüşüb
- 08.05.2024 [15:05]
Şərqşünas alimin məqaləsi Türkiyədə dərc olunub
- 08.05.2024 [13:06]