Azərbaycanda havanın temperaturu dəyişəcəkdir
Bakı, 20 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkəmizdə havanın dəyişəcəyi barədə məlumat yaymışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məlumata görə, iyunun 21-dən 22-nə keçən gecədən başlayaraq qərb və şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. İyunun 22-si gün ərzində, 23-ü axşamadək əsasən Kür vadisi rayonlarında və Abşeron yarımadasında küləyin daha güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı vardır.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]