Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Bakı, 6 aprel, AZƏRTAC 

Aprelin 6-da Heydər Əliyev Mərkəzində “CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturunun təşkilatçılığı ilə fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib və görülən işlərdən danışıb: “Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq uşaq hüquqlarının müdafiəsi sahəsində əsaslı nailiyyətlər əldə olunub. Ölkəmizdə uşaq hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası mövcuddur. Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması, təhsil, tibb, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün ciddi islahatlar aparılır. Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan və 16 yaşadək əlilliyi olanlara sosial müavinətlər verilir. Artıq 4 ildir ki, autizmli uşaqlara sosial müavinət təyin edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bütün uşaqlar üçün, əsasən də xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayanların müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Uşaq hüquqlarının müdafiəsi üzrə ciddi nəzarət və monitorinq mexanizmi də yaradılıb ki, bu da müvafiq dövlət qurumlarının uşaqlara dair məsələləri daha çox diqqətdə saxlamalarına səbəb olub. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb, bütün rayonlarda uşaqlara qarşı zorakılıq faktlarının aşkarlanması üzrə monitorinq qrupları fəaliyyət göstərir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşıldığını, problemlərinin həlli istiqamətində zəruri addımlar atıldığını bildirib: “Dövlətimiz uşaqların sağlam inkişafı üçün daim müvafiq tədbirlər görür. Bu baxımdan ötən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu xüsusi vurğulamaq istərdim. Qanuna əsasən, Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı - 120 manat dövlət büdcəsi hesabına ödəniləcək. İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”.

Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına dair atılan addımlar barədə danışıb: “Dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Onlardan 93 milyon nəfəri 14 yaşadək olan uşaqlardır. Azərbaycanda 18 yaşadək uşaqlar arasında sağlamlıq imkanları məhdud olanların sayı təxminən 70 mindir. Həmin şəxslər xüsusi qayğıya ehtiyacı olan təbəqə kimi daim diqqət mərkəzindədir. Onların bütün hüquqları digər şəxslərlə bərabər dövlət tərəfindən təmin edilir. Həmin uşaqların təhsilalma hüquqları da konstitusion hüquqlardan biridir. Ölkəmizdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və ölkə başçısının Sərəncamı ilə təsdiq edilib. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir, həmçinin onların həyata və cəmiyyətə fəal inteqrasiyası təmin edilir. Azərbaycanda 15 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təsirə cəlb edilib. Bu gün də həmin təhsil müəssisələrində inklüziv təhsil davam edir. Təhsil Nazirliyi UNICEF-lə birgə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlayıb, paytaxtın dörd məktəbində 54 nəfər sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunub, onların xüsusi təhsil ehtiyacları qiymətləndirilib, fərdi təlim proqramları hazırlanıb və müəllimlər təlimlərə cəlb edilib. Eyni zamanda, cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində dərs alır”.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov Fondun sağlamlıq imkanı məhdud uşaqların və gənclərin sağlamlıqlarının mühafizəsinə, təhsil almalarına, sosial problemlərinin həllinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb: “Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların tərbiyəsi, təhsili, inkişafı üçün güclü maddi-texniki baza ilə təmin olunmuş mərkəzlərin yaradılması, həmin mərkəzlərdə yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyə və tibbi xidmət aldığı müəssisələrə baş çəkir və orada uşaqlar üçün yaradılmış şərait, uşaqların tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından tanış olurlar”.

Departamentin rəisi təhsil sahəsində aparılan siyasətin icrasına dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən bir sıra proqram və layihələrin uğurla icra olunduğunu da qeyd edib.

BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası və adaptasiyasına yönəlmiş tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun cəmiyyətin ictimai-sosial həyatında fəal iştirak etdiyini və əsasən təhsil sahəsindəki təşəbbüsləri dəstəklədiyini bildirib: “İnklüziv təhsil də belə təşəbbüslərin tərkib hissəsidir. Son layihələrdən biri “Birgə və Sağlam” İctimai Birliyi ilə həyata keçirdiyimiz “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsidir. İlk dəfə məhz bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər də cəlb olunub”.

Konqres panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Tədbir “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilib.

Konqresin baş tərəfdaşı qismində BP çıxış edib. Tədbir Shokki Mokki brendi, həmçinin “Halliburton”, “ACE Group Consultants”, “Art Trio”, “Credo” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənib. Təşkilati dəstək “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir - MÜSAHİBƏ

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir ŞƏRH

Pakistan mənbələri: ABŞ-İran müharibəsinin iki-üç gün ərzində başa çatması ehtimalı çox azdır

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM-ə nisbətən ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb