Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilsin:

Abdullayev Namiq Yədulla oğlu

Eyvazov Məmməd Fətəli oğlu

Hətəmov Rəhman Süleyman oğlu

Məmmədov Ceyhun Məhəmməd oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin