AZƏRBAYCANDA İMMUNLAŞDIRMA HƏFTƏSİ KEÇİRİLƏCƏK
Aprelin 21-dən 27-dək ölkədə keçiriləcək immunlaşdırma həftəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun yoluxucu xəstəliklərin nəzarəti üzrə eksperti David Mercer Azərbaycana səfər edəcək. Bu barədə AZƏRTAC-a ÜST-in Bakı numayəndəliyindən bildirmişlər.
İmmunlaşdırma həftəsinin keçirilməsində əsas məqsəd difteriya xəstəliyi üzərində epidemioloji nəzarəti gücləndirmək, müəyyən səbəblərə görə peyvəndlərini tam almamış uşaqları peyvəndə cəlb etmək və 16 yaşlı yeniyetmələr arasında difteriya əleyhinə immunlaşdırma kampaniyasına cəlb olunacaq tibb işçiləri arasında hazırlıq tədbirləri aparmaqdır.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun immunlaşdırma həftəsi keçirilmə təşəbbüsünə 2007-ci ildən qoşulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]