Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlayıb

Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlayıb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə portağal sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, portağal, fındıq və pambıqdır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə portağal bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Portağal sahələrinin sığortalanması zamanı portağalın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün portağal bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, portağalın bir hektarı üçün məhsuldarlıq norması 33,3-720 sentner arasında, qiymət isə 80-130 manat/sentner arasında müəyyən olunub.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

 

Portağal

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/Sentner)

Minimum

33,3

80

Maksimum

720

130

Portağal sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:

Misal: Lənkəranda əkin sahəsi - 2 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq - 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda sığorta məbləği = 2 x 130 x 100 = 26 000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində portağal bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.

Bunlardan birincisi, əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf portağal bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:

• dolu;

• yanğın;

• zəlzələ;

• torpaq sürüşməsi;

• qasırğa;

• fırtına;

• üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

2-ci sığorta zərfi

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir.

Bu zərf portağal bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

2-ci sığorta zərfinə aid risklər:

• bitki xəstəlikləri və zərərvericilər;

• xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

3-cü sığorta zərfi

Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10%-dir. Bu zərf portağal bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.

3-cü sığorta zərfinə aid risklər:

• dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat;

Daha sadə desək, 3-cü sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur.

Hansı sığorta zərfinin seçilməsi fermer və ya portağal bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.

Portağalın sığortalanması üçün tariflər və sığorta haqları

Portağalın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları portağalın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.

Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

 

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

3-cü sığorta zərfi

İqtisadi rayonlar

•dolu;
•yanğın;
•zəlzələ;
•torpaq sürüşməsi;
•qasırğa;
•fırtına;
•üçüncü
şəxslərin
hərəkətləri
riskləri üzrə
təminat
•bitki
xəstəlikləri və
zərərvericilər;
• xüsusi
təhlükəli
ziyanvericilərin
yayılması və
hücumu
riskləri üzrə
təminat
• dolu
riski
nəticəsində
məhsullarda
yaranan
keyfiyyət
itkisi üzrə
təminat

Azadolma

10 %

30%

10%

Gəncə-Qazax

4,28%

2%

1,98%

Aran

2,68%

2%

1,18%

Quba-Xaçmaz

2,42%

2%

1,05%

Şəki-Zaqatala

4,28%

2%

1,98%

Dağlıq Şirvan

3,68%

2%

1,68%

Lənkəran

2,42%

2%

1,05%

Abşeron

2,38%

2%

1,03%

Yuxarı Qarabağ

3,26%

2%

1,47%

 

Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır.

Ayrı-ayrı bölgələrdə portağal sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Misal 1: Lənkəranda əkin sahəsi - 2 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq - 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda

Sığorta haqqı = 26 000 manat X 2,42% = 629,2 manat təşkil edir.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 26 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 314,5 manat və ya hər hektara cəmi 157,3 manat ödəyir.

Misal 2: Astarada əkin sahəsi - 3 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq - 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda

Sığorta haqqı = 39 000 manat X 2,42% = 943,8 manat təşkil edir.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 39 min manat olan məhsulun sığortalanması üçün fermer 471,9 manat və ya hər hektara cəmi 157,3 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.

Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir.

Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Portağal sahələrinin sığortalanması üçün müraciətlər başlayıb

Aqrar Sığorta Fondundan verilən məlumata görə, portağal sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.

Fermerlər və iş adamları portağal sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 10-dək davam edəcək.

Aprelin 10-dək edilən müraciətlərdə portağal sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 10-dan mayın 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə portağal sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib