İQTİSADİYYAT
Azərbaycanda rabitə xidmətlərinin həcmi artmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1 milyon 163 min 300 manatlıq və ya ötən ildə olduğundan 17,2 faiz çox rabitə xidməti göstərmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, xidmətlərin 72,2 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 75,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Cari ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,7 faiz artaraq 27,1 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12,2 faiz artaraq 2 milyon 959 min 400 manata (orta hesabla ayda 295.9 manata) çatmışdır. Gəlirlərin 63,4 faizi istehlaka, 8,4 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.