Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“AZƏRBAYCANDA SİYASƏT: DÜNƏN, BU GÜN VƏ SABAH”
VƏTƏN, XALQ... HAQQINDA DƏRİN DÜŞÜNCƏLƏRLƏ ZƏNGİN MƏQALƏ

Biz kimik? Haradan gəlmişik? Haraya gedirik? - Qogenin məşhur bir rəsm əsərini xatırlayaraq, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” məqaləsinin (“Bakinski raboçi” qəzeti, 8 və 9 yanvar 2002-ci il) fəlsəfi mahiyyətini qısaca belə səciyyələndirmək olar. Lakin məqalədə qaldırılmış məsələlər o dərəcədə müxtəlif və mürəkkəbdir, ifadə olunmuş konsepsiyalar o dərəcədə tutumlu, ideyalar isə o dərəcədə aktualdır ki, bütün bunlar, əlbəttə, lakonik qiymət deyil, müfəssəl təhlil tələb edir. Özü də yalnız təhlil deyil, həm də elmi diskussiya, geniş ictimaiyyət tərəfindən müzakirə olunmasını tələb edir. 

Məqalənin pafosu Hegelin inkişaf ideyasından ibarətdir: müəllif ölkənin inkişafının əvvəlki mərhələlərini rədd etmir, əksinə, bu mərhələlərdə keçmişin dahilərinin böyük əməlləri və fikirlərindən doğmuş irəliləyiş mənbəyi, quruculuq, yaradıcılıq impulsu tapır. Bu fikir məqalənin kontekstində daha bir cəhətdən, bəşər tarixinin əsrləri boyu sivilizasiyanın qorunub saxlanması və inkişafında bütün ölkələrin, xalqların, şəxsiyyətlərin həmrəyliyi kimi açılıb göstərilir. Ona görə də nəsllərin varisliyinin və zamanların əlaqəsinin qorunub saxlanması prinsipi çox vacibdir. Məhz bu prinsip cəmiyyətdə harmoniyanı təmin edir və, Kant demişkən, hakimiyyəti “leqal və mənəvi hakimiyyətə” çevirir.

Müəllif keçid dövründə Azərbaycanın müqəddəratını araşdıraraq, tarixi analogiyalara və reminissensiyalara tez-tez müraciət edir. Xronoloji paralellər nəzərdən keçirilərkən onun çıxardığı nəticə belədir: ən dramatik kolliziyalar və kataklizmlər şəraitində də dünyanın və onun hər bir hissəsinin tarazlığına nail olunacaqdır. Bu nikbin nəticə dərin fəlsəfi mühakimələrlə əsaslandırılmışdır: “İkili təbiətə malik olan ictimai-tarixi proses bir tərəfdən təkamül, inkişaf və köhnənin inkarı, keçmişlə əlaqənin qırılmasına və yeninin yaranmasına cəhddirsə, digər tərəfdən varislik prinsipinə əsaslanaraq, hələ də yaşamaq iqtidarında olan cəhətlərin qorunub saxlanması və gələcəyə ötürülməsidir.

... Tarixdən və ictimai-tarixi prosesdən yalnız o zaman danışmaq mümkündür ki, iki başlanğıc - bir tərəfdən, inkişaf və yeninin yaradılması, digər tərəfdən isə, keçmişlə varisliyin qorunub saxlanmasının qarşılıqlı əlaqəsi və çulğaşması olsun”.

Ramiz Mehdiyev Azərbaycanın müasir siyasi reallıqlarını araşdırarkən vurğulayır ki, bu reallıqlar SSRİ-nin dağılması, yeni qlobal dünya nizamının bərqərar olması, iqtisadi böhran, ikiqütblü dünyanın birqütblü dünyaya çevrilməsi, Avropada sol mərkəzçi qüvvələrin güclənməsi və s. şəraitdə təşəkkül tapmışdır. Ermənistanın təcavüzü və “birinci şəxslər”i bir-birini kaleydoskopik sürətlə əvəz edən fərsiz rəhbərlik Azərbaycanda vəziyyəti kəskinləşdirmişdi.

Müəllifin fikrincə,1988-ci ildən 1993-cü ilin ortalarınadək ölkəni bürümüş qarmaqarışıqlıq siyasi rejimlərin qeyri-adekvatlığının və baş verən dəyişikliklərə cəmiyyətin və milli mentalitetin ziddiyyətli münasibət göstərməsinin nəticəsi idi. Azərbaycan suverenlik qazanaraq, “ondan öz xalqının xeyrinə istifadə edə, dünya birliyində özünə dəstək və müttəfiqlər tapa bilmədi. Bir qayda olaraq, belə dövlətlər böyük coğrafi-siyasi oyunun obyektinə çevrilirlər”.

Azərbaycan bu “oyun”dan 1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra çıxdı. Peşəkar siyasətçinin hakimiyyətə gəlməsi ilə ölkədə ağıllı siyasət formalaşmağa başladı.

Ramiz Mehdiyevin “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” məqaləsində vurduladığı kimi, həmin dövrdə ictimai süurda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyasının əsas elementləri formalaşmağa başladı. Müəllif yazır: “Bu baxımdan liberalizmin və neokonservatizmin sintezi real sosialist və demokratik elementlərlə tamamlanan qüvvətləndirici ideologiyalar kimi, Azərbaycan üçün uğurlu ideoloji konstruksiya oldu”.

Yeni ideoloji konstruksiyalar ölkəni modernləşdirməyin dəqiq konturlarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında ötən il verdiyi fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə xalqa müraciəti - R.Mehdiyevin qeyd etdiyi kimi, bütün bunlar zamana, keçid dövrünü yaşayan ölkələrdə etnik və sosial-mədəni üstünlükləri deformasiya edən və ucqarlara sıxışdıran qloballaşmaya cavabdır. Milli mənəvi dəyərləri kütləvi mədəniyyətin təzyiqindən müdafiə etmək - “bu siyasətin əsasında milli mentallığın, milli özünüdərkin və milli “Mən”in mahiyyətini qoruyub saxlamaq səyi durur”.

Müəllif Azərbaycanın ictimai-siyasi, iqtisadi və sosial inkişaf sistemini, ölkənin regionun əsas dövlətlərindən birinə çevrilməsini bütün xırdalıqları ilə açıqlayır. Bununla bərabər, R.Mehdiyev demokratik, dünyəvi dövlətin milli modelinin konstruksiyasını verərkən, həmin modeli Yaponiyanın, bəzi Avropa dövlətlərinin, xüsusən də müharibədən sonrakı Almaniyanın dirçəliş təcrübəsi ilə müqayisə edir. Onun üçün milli ideya dövlətçiliyin əsasıdır, gözəgörünməyən, sezilməyən bu substansiya yeni ölkə, yeni cəmiyyət qurmaq üçün, yeni millət üçün çox möhkəm təməl ola bilər.

Məqalənin bölmələrindən birində - “Neokonservatizmlə azərbaycançılığın nisbəti” bölməsində konstruktiv ideyanın köməyi ilə milli birliyə (təkcə əsas əhalinin nümayəndələrinin deyil, həm də ölkədə yaşayan bütün etnik qrupların və xalqların nümayəndələrinin) necə nail olmaq, eyni zamanda bu ideyanı millətçilikdən, şovinizmdən və separatizmdən qoruyan sipərə necə çevirmək barədə mülahizələr söylənir. Müəllif inandırıcı şəkildə sübut edir ki, “azərbaycançılıq” adlanan ideologiya milli həmrəyliyin təsirli amilidir. Bu termində etno-linqvistik mənadan çox, coğrafi-siyasi, mədəni məna var.

Müəllif vurğulayır: “Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir”.

Əgər milli birlik ideyasını həm konstruktiv, həm də real səpkidə qəbul etsək, onda labüdən sual doğur: bəs müxalifət? Bu gün dərin böhran keçirən AXCP, Müsavat, AMİP, ADP partiyalarında siyasi ehtirasları necə söndürməli, onların liderlərinin iddialarını necə ödəməli? Axı, ölkədə hakimiyyət kabinetlərində və parlamentdə hamıya yer çatmaz. Müəllif bu suala cavab verərək, nəzərə çarpdırır ki, “hərc-mərclik və mütərəddidlik” dövrü, müxtəlif, amorf hərəkat və cərəyanların qarmaqarışıqlığı şəraitində meydana gəlmiş partiyaların parçalanması dövrü dövlətin suverenliyinin və cəmiyyətin demokratikləşməsinin ilkin mərhələsinin məntiqi yekunudur. Müxalifət partiyalarının radikallaşması cəmiyyət üçün böyük təhlükədir. Bu gün cəmiyyət intellektualların, praqmatiklərə, ölkənin inkişafına, siyasi, sosial-iqtisadi və digər problemlərin həllinə dair alternativ layihələr təklif etməyə qadir olan insanların formalaşdırdığı siyasətə ehtiyac duyur.

Məlum olduğu kimi, F.Bekon öz vəzifəsini “idollar”ın - zəkanı iflic vəziyyətinə salan səhv təsəvvürləri, yanılmaları ifşa etməkdə görürdü. “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” məqaləsindəki bir çox nəticələr eynilə bu cür vəzifəni yerinə yetirir. Müəllif məqalənin “Yeni dövrün siyasətçisi” adlanan yekun bölməsində ölkədə qarmaqarışıqlığın tüğyan etmiş oıduğu yaxın keçmişə yenidən qayıdır. Tarixə ekskurs o günlərlə bugünkü gün arasındakı, hakimiyyətsizliklə hakimiyyət arasındakı kəskin təzadı hiss etməyə imkan verir.

Müəllif “hakimiyyətin İlham Əliyevə verilməsi” məsələsinin müxalifət tərəfindən daim şişirdilməsinin əxlaq qaydalarına o qədər də uyğun olmadığını açıqlamaqla yanaşı, radikallarla polemikaya girir. Onun polemika tərzi sadə və inandırıcıdır: o, İlham Əliyevi təhsildə, partiya fəaliyyətində iştirak, neft sahəsində, parlamentdə, Milli Olimpiya Komitəsində, Avropa Şurasında və s. işdə göstərir. Gözlərimiz qarşısında kamil, istedadlı, geniş bilik dairəsini, ziyalılığı, siyasi təcrübəni, strateji vəzifələri yerinə yetirmək bacarığını özündə təcəssüm etdirən sima canlanır.

Müəllif vurğulayır ki, İlham Əliyevin xarizması çoxlarında ona qarşı xeyirxah münasibət doğurur, ona etibar edir, rəgbət bəsləyirlər, onu yeni dövrün siyasətçisi hesab edirlər. O, nə vaxtsa prezident olacaqmı? Fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin məqaləsi heç də bu barədə deyildir. Məqalə Vətənin, xalqın gələcəyi haqqında, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının, demokratiyanın möhkəmləndirilməsinin, vətəndaşların sosial rifahının yüksəldilməsinin metodları haqqında dərin düşüncülərlə zəngindir... Oxucu məqalədə belə bir suala da cavab tapacaqdır: bundan ötrü nə etmək lazımdır? Bundan ötrü keçmişi unutmamaq, günün ümdə qayğıları ilə yaşamaq, gələcək barədə düşünmək lazımdır.

Yusif RÜSTƏMOV,

fəlsəfə elmləri doktoru, professor

İbrahim ŞÜKÜROV,

“Bakinski raboçi” qəzetinin siyasi

icmalçısı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub