Azərbaycanda ÜDM 1,3 faiz artıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artıb.
ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:48]
Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]