Azərbaycanın “Agro AI” startapı “Microsoft for Startups” proqramına qəbul edilib
Bakı, 4 sentyabr, AZƏRTAC
“Azərkosmos”un həyata keçirdiyi “National Space Incubation” layihəsinin ilk iştirakçısı olan Azərbaycanın “Agro AI” startapı beynəlxalq “Microsoft for Startups” proqramına qəbul edilib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, startapın proqramda iştirakı “National Space Incubation” layihəsi çərçivəsində kosmik sektorda innovativ ideyaların və startapların dəstəklənməsinin nəticələrindən biri olub.
“Agro AI” radiolokasiya peyklərindən əldə olunan məlumatlar vasitəsilə torpağın rütubətini təhlil edən və fermerlərə suvarma üçün optimal qərarları müəyyənləşdirməyə kömək edən platformadır.
“Microsoft for Startups” proqramı çərçivəsində startap server və hostinq resurslarına, GPU-nun hesablama imkanlarına (çiplərin məlumatları paralel emal etməklə çoxsaylı riyazi əməliyyatları eyni vaxtda yerinə yetirmək qabiliyyəti – red.), həmçinin “Microsoft Copilot” süni intellekt modelinin imkanlarına çıxış əldə edəcək.
Təqdim olunan resurslar startapa platformanın texnoloji imkanlarını genişləndirməyə, məhsulun hazırlanmasını və bazara çıxarılmasını sürətləndirməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [15:45]
Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq
- 15.11.2026 [09:38]
Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb
- 15.11.2026 [09:15]
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
- 14.11.2026 [20:21]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [09:35]
Azərbaycan nefti 102 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
- 14.11.2026 [23:25]
Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH
- 14.11.2026 [22:57]
Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər
- 14.11.2026 [22:15]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:44]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [21:01]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [20:21]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 14.11.2026 [20:00]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:30]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [19:07]
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 14.11.2026 [18:48]