İDMAN
Azərbaycanın “Azeryol” və Polşanın “Fakro” voleybol komandaları arasında keçiriləcək oyunların tarixi müəyyənləşmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışlarının çellenc raundu çərçivəsində “Azəryol” və “Fakro” (Polşa) komandaları arasında keçiriləcək oyunların tarixi müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, qadın voleybolçularımız ilk oyunu fevralın 5-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 11-də Bakıda keçirəcəklər.