Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV LƏNKƏRANDA OLMUŞDUR

LƏNKƏRAN ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ZEYNAL NAĞDƏLİYEVİN ÇIXIŞI

- Hörmətli İlham müəllim!

Hörmətli mərasim iştirakçıları!

Cənab Baş nazir, icazə verin, bütün lənkəranlılar adından Sizi bir daha səmimi qəlbdən salamlayım, bizim qədim və gözəl Lənkəranımıza “Xoş gəlmisiniz!” deyim.

Bu gün təkcə Lənkəranda deyil, bütün cənub bölgəsində bayramdır. Bu bayramın, bu sevincin və şadlığın əsl səbəbi möhtərəm cənab Baş nazirin rayonumuza gəlişidir.

Cənab Baş nazir, xalqımız Sizin ölkənin bütün rayonlarına səfəriniz zamanı yeni-yeni sənaye müəssisələrinin, sosial obyektlərin açılışının şahididir. Bir qədər əvvəl Lənkəranda Sizin xeyir-duanızla Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının binası, konserv zavodu və tamamilə yenidən qurulmuş mehmanxana istifadəyə verildi. İndi isə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin yüksək diqqəti və Sizin gündəlik qayğınızla ucaldılmış çox əzəmətli, möhtəşəm, Lənkəranımıza xüsusi gözəllik verən Olimpiya idman kompleksinin açılışıdır.

Lənkəranda bu cür əzəmətli obyektlərin əsası hələ keçən əsrin 70-ci illərində şəxsən cənab Heydər Əliyev tərəfindən qoyulmuşdur. O illərdə Lənkərana 6 dəfə səfər etmiş cənab Heydər Əliyevin təşəbbüsü və gündəlik qayğısı ilə Xanbulançay kimi nəhəng dəryaça, müasir tələblərə cavab verən hava limanı, Lənkəran Dövlət Dram Teatrı, xəstəxana kompleksi, çoxlu səhiyyə, təhsil, mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Ötən əsrin 70-80-ci illərinin əvvəllərində məhz cənab Heydər Əliyevin gündəlik rəhbərliyi və müdrik siyasəti nəticəsində Lənkəran bütün sahələrdə sürətlə inkişaf etmiş, illəri yüksək qələbələrlə başa vurmuşdur. Bu gün biz fəxrlə deyirik ki, həmin illər Lənkəranın qızıl illəri adlandırılır və qədirbilən lənkəranlılar bunu heç zaman unutmurlar. Onlar daim cənab Prezidentə və Sizə minnətdardırlar.

Bu gün möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycanda möhkəm sabitlik hökm sürür, bütün sahələrdə genişmiqyaslı islahatlar davam etdirilir. Biz artıq hansısa sahənin bərpasından deyil, tərəqqidən və sürətli inkişafdan danışırıq. Elə bunun nəticəsidir ki, ölkəmizin taleyüklü problemləri ardıcıl həll olunur və əhalinin yaşayış səviyyəsi getdikcə yüksəlir.

Hörmətli cənab Baş nazir!

İntibah dövrünü yaşayan respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da möhtərəm Prezidentimizin bizə verdiyi tapşırıqlar və qarşımıza qoyduğu vəzifələri rəhbər tutaraq, uğurlu islahatlar aparılmışdır və sosial problemlər bir-birinin ardınca həll edilir. Bu gün xüsusi mülkiyyətçiyə və sahibkara çevrilən Lənkəranın gənc iş adamları ölkədə məhsul bolluğu yaradılmasına öz töhfələrini verməyə başlamışlar. Rayonumuzda fəaliyyət göstərən sahibkarlar yeni-yeni müəssisələr açmışlar, tərəvəz və üzümdən dünya standartlarına cavab verən məhsullar istehsal edilir. Bu müəssisələrdə 1400 iş yeri açılmışdır. Rayonun iqtisadi yüksəlişi geniş miqyasda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparılmasına da imkan yaradır. Bu gün elin gücü ilə Lənkəran öz simasını dəyişir, sabaha inamla addımlayır.

Lənkəran şəhərində daxili imkanlar hesabına 10 milyard 200 milyon manatlıq təmir-tikinti və abadlıq işləri görülmüşdür ki, bunun yalnız 0,8 faizi büdcə vəsaitinin payına düşür. Səylərimizi birləşdirərək, biz şəhərimizdə akademik Zərifə Əliyeva, professor Hənifə Abdullayev, Səttarxan adına küçələri, Şəhidlər, Koroğlu küçələrini tamamilə asfaltlaşdırmış və müasir tələblərə uyğun abadlaşdırmışıq. Uzun illər boyu şəhəri çətin problemlərlə üz-üzə qoyan kanal təmizlənmiş, iki kollektor tam təmir olunmuşdur.

Hörmətli cənab Baş nazir!

Sizin yaxından köməyinizlə Lənkəranın tarixində şanlı səhifəyə çevriləcək və rayonun iqtisadiyyatında bir sıçrayış olacaq Beynəlxalq Dəniz Limanının tikintisinə artıq başlanılmışdır.

Abadlıq və quruculuq işləri təkcə Lənkəran şəhərində deyil, rayonun bütün qəsəbə və kəndlərində aparılır. Möhtərəm Prezidentimizin və eləcə də Sizin qayğınızla, əhalini narahat edən problemlər ardıcıl olaraq həll edilir.

Lənkəranda elektrik enerjisi ilə bağlı problem artıq aradan qaldırılmışdır.

Hörmətli cənab Baş nazir, şəxsən Sizin yaxından köməyiniz və qayğınız sayəsində bir il əvvəl Lənkərana yenidən təbii qaz verilməyə başlamış və artıq şəhərin 85 faizi qazlaşdırılmışdır. Cari ilin sonunadək biz bunu tamamilə başa çatdırmaq niyyətindəyik.

Bütün bu işlər yerlərdə camaatla görüşlər zamanı irəli sürülən təkliflər əsasında həyata keçirilir. Məlumat üçün deyim ki, möhtərəm Prezidentimizin əhali ilə daim ünsiyyətdə olmaq, insanların sosial problemlərini təxirə salmadan həll etmək tapşırığını rəhbər tutaraq, rayonumuzun 78 qəsəbə və kəndində sakinlərlə görüşmüşük. Bu görüşlərdə qaldırılmış məsələlərin böyük əksəriyyəti artıq öz həllini tapmış, bir çoxu isə yerindəcə həll olunmuşdur. Xüsusi vurğulamaq istəyirəm ki, Lənkəran camaatı bu görüşlərdə onları narahat edən problemləri qaldırmaqla yanaşı, sabaha çox böyük ümid və inam bəslədiklərini bildirir, özlərinin xoşbəxt və firavan gələcəklərini yalnız və yalnız Sizin rəhbərliyinizlə möhtərəm Prezidentimizin siyasi xəttinin davam etdirilməsində görürlər. Hörmətli İlham müəllim, xalqımız Sizi sözü, əməli bir olan dövlət xadimi kimi tanıyır və Sizə böyük rəğbət bəsləyir.

Dövlətimizin neft strategiyasının həyata keçirilməsində, idmanın inkişafında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Sizin əvəzsiz və müstəsna xidmətlərinizi xalqımız çox yüksək qiymətləndirir. İki il bundan əvvəl Lənkəranda olarkən Siz burada Olimpiya kompleksinin tikiləcəyini vəd etmişdiniz. Artıq bu, həqiqətə çevrilmişdir. Lənkəranlılar bu möhtəşəm memarlıq və idman abidəsini ən qiymətli hədiyyə kimi Sizdən qəbul edir, Zati-aliləri cənab Heydər Əliyevə və şəxsən Sizə bir daha minnətdarlıqlarını bildirirlər.

Hörmətli cənab Baş nazir, lənkəranlılar Sizin onlara çox böyük məhəbbət bəslədiyinizi yaxşı bilirlər. Onlar 2000-ci ildə parlament seçkiləri ərəfəsində Lənkəran və lənkəranlılar haqqında söylədiyiniz səmimi və hərarətli, məhəbbət dolu sözlərinizi ehtiramla xatırlayır, Sizə sonsuz inam və məhəbbət bəsləyirlər. Möhtərəm Prezidentimizin Azərbaycan xalqına müraciətində respublika prezidentliyinə ən layiqli namizəd kimi Sizə etimad göstərməsi biz lənkəranlıların ürəyini iftixar, qürur hissi ilə doldurmuşdur. Çünki məhz lənkəranlı gənclər və bütün Lənkəran seçiciləri Sizin namizədliyinizi birincilər sırasında dəstəkləmişlər.

Yaşasın Azərbaycanın işıqlı gələcəyinin təminatçısı olan cənab İlham Əliyev!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub