Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadədən

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızın daha da qüdrətlənməsinə təkan verir. Məhz bu strategiyanın nəticəsidir ki, bu gün əldə etdiyimiz nailiyyətlər, eyni zamanda, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi və ölkəmizin dünya birliyində layiqli yer tutması ilə müşayiət olunmaqdadır.

Çox hörmətli Prezident, ad gününüz münasibətilə bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Zərifə Əlizadə

Azərbaycanın Belqraddakı Mədəniyyət

Mərkəzinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin