Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını təxminən 200 faiz artıb

Bakı, 15 mart, AZƏRTAC
Cari ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ilin əvvəlindən bütün aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib və bunun da 80 faizi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı hava limanının baza aviadaşıyıcıları - “Azərbaycan Hava Yolları” və “Buta Airways” 167 min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38 faizini və 12 faizini təşkil edir.
2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar yerinə yetirib.
Bu ilin mart ayından etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduzlu” reytinqə layiq görülüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
- 22.05.2025 [21:13]
"Real Madrid" Luka Modriç ilə vidalaşıb
- 22.05.2025 [21:07]
Siyəzəndə minik maşını aşıb, bir ailənin 4 üzvü yaralanıb
- 22.05.2025 [21:02]
Balaxanıda uşaq və gənclərlə Biomüxtəliflik Günü qeyd olunub
- 22.05.2025 [20:53]
Sabirabadda yol qəzası olub, ölən və yaralılar var
- 22.05.2025 [20:35]
Mingəçevir Dövlət Universiteti regionda ilkə imza atıb
- 22.05.2025 [20:09]
Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib
- 22.05.2025 [19:26]
Ərəbdilli mənbələrdə Arranın hüdudları – elmi-praktik seminar
- 22.05.2025 [19:23]
"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir
- 22.05.2025 [19:17]
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib
- 22.05.2025 [18:54]
Uşaq İncəsənət Festivalı Samuxda
- 22.05.2025 [18:32]
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən
- 22.05.2025 [18:31]
Qazaxda yük maşını qatarla toqquşub
- 22.05.2025 [18:31]
Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 22.05.2025 [18:28]
YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb
- 22.05.2025 [18:20]
GLOBE Şəbəkəsinin 7-ci Plenar iclası Rumıniyada keçiriləcək
- 22.05.2025 [18:13]
Qarabağ atları yenidən Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında
- 22.05.2025 [17:54]
“Google” alış-verişdən əvvəl virtual geyim sınağı funksiyasını işə salıb
- 22.05.2025 [17:49]
Alimlər Leonardo da Vinçinin genetik kodunun sirlərini açıb
- 22.05.2025 [17:49]
Professor Mahirə Hüseynova erməni yalanlarını ifşa etdi
- 22.05.2025 [17:19]
® “Birbank”ın dəstəyi ilə Vəfa Musayeva bayrağımızı Everest zirvəsinə sancıb
- 22.05.2025 [17:09]
Azərbaycan Boks Federasiyası Dünya Boksuna (World Boxing) üzv olub
- 22.05.2025 [17:05]
“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib
- 22.05.2025 [17:05]
Azərbaycan Astanada hüquqşünasların konqresində təmsil olunub
- 22.05.2025 [16:56]
BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib
- 22.05.2025 [16:53]
Şuşa Teatrında daha bir premyera - “İki əsgər”
- 22.05.2025 [16:51]
"Araz-Naxçıvan" futzal klubu ölkə çempionatının qalibi olub
- 22.05.2025 [16:50]
Naftalanda “Türk mətbəxi həftəsi” qeyd olunub
- 22.05.2025 [16:39]
Litva gürcü diplomatlara qarşı sanksiya tətbiq edib
- 22.05.2025 [16:38]
Professor Angela Tumini İlqar Səfatın “Doğma torpaq” filmi haqqında
- 22.05.2025 [16:28]
Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır
- 22.05.2025 [16:26]
Qadın həndbolçuların Azərbaycan Kubokunda ikinci finalçının adı məlum olub
- 22.05.2025 [16:24]
“Kashalata” inklüziv kafesində poeziya axşamı
- 22.05.2025 [16:19]
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclası keçirilib
- 22.05.2025 [16:18]
Baş prokuror Vyanada işgüzar səfərdədir
- 22.05.2025 [16:02]
Naxçıvanda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib
- 22.05.2025 [16:00]
İmişlidə qəza zamanı avtomobil yanıb, xəsarət alanlar var
- 22.05.2025 [15:49]
Prezident Edvard Beneşin əlyazmaları tapılıb
- 22.05.2025 [15:48]