Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın bir qrup ictimai-siyasi, elm və mədəniyyət xadimi Rusiyanın “Birinci” telekanalının baş direktoruna müraciət ünvanlayıb

Azərbaycanın bir qrup ictimai-siyasi, elm və mədəniyyət xadimi Rusiyanın “Birinci” telekanalının baş direktoruna müraciət ünvanlayıb

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycanın bir qrup tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimi, dini icmaların rəhbərləri, media nümayəndələri Rusiyanın “Birinci” telekanalının baş direktoru Konstantin Ernstə müraciət ünvanlayıblar. Müraciətdə telekanalın “Vremya pokajet” proqramının 20 iyul tarixli buraxılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatdan sonra baş vermiş hadisələrin mahiyyətini təhrif edən bir sıra təhrikçi bəyanatlarla bağlı narahatlıq ifadə olunur.

AZƏRTAC müraciəti təqdim edir.

Hörmətli Konstantin Lvoviç!

Bu müraciətin yazılmasına əsas “Vremya pokajet” proqramının 2020-ci il 20 iyul tarixli buraxılışı olub. Həmin buraxılışda istər bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, istərsə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatdan sonra baş vermiş hadisələrin mahiyyətini təhrif edən bir sıra təhrikçi bəyanatlar səslənib.

Yeri gəlmişkən, belə bir müraciət üçün bundan əvvəl də kifayət qədər səbəb var idi. Lakin hər şey haqqında ardıcıl olaraq bəhs edəcəyik.

Qeyd edilən 20 iyul buraxılışında (“Birinci” kanalın saytında bu fraqment “Ərik müharibəsi” adlandırılıb) jurnalist etikasının qərəzsizlik, vicdanlılıq və sosial məsuliyyət kimi əsas prinsipləri pozulmaqla bərabər, həm də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərə ziyan vurmaq məqsədilə ictimai rəyi manipulyasiya etmək üçün kobud cəhd göstərilib.

Verilişin aparıcıları Artyom Şeyninin və Anatoli Kuziçevin təhrikçi davranışı, eləcə də ermənipərəst qüvvələrin xeyrinə aşkar meyil göstərən qondarma “ekspertlər”in seçilməsi bizim xalqlarımız arasında münasibətlərə birbaşa meydan oxumaqdır, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa zərər vurur və bizim dost dövlətlərimizin mənafelərinə uyğun deyil.

Prezidentlər İlham Əliyev və Vladimir Putin xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayıblar və məhz bu səbəbdən “Birinci” kanalın aparıcılarının bu qədər kəskin anti-Azərbaycan mövqeyi Azərbaycan ictimaiyyətində heyrət və hiddət doğurur.

Yeri gəlmişkən, aparıcılar Şeynin və Kuziçev, deyəsən, özlərinin ermənipərəst rəğbətlərini gizlətməyi heç fikirlərinə də gətirmirlər.

Bu sözlərin əsassız olmadığını sübut etmək üçün bir neçə əyani misal gətirək. Əgər siz 20 iyul tarixli proqrama yenidən baxsanız, çox maraqlı bir mənzərəni görərsiniz. Verilişin demək olar ki, bütün birinci yarısında Şeynin və Kuziçev tamaşaçıda belə bir aldadıcı təsəvvür formalaşdırmağa çalışırdılar ki, “Fud Siti” bazarındakı insident əsla Azərbaycanın Tovuz rayonunda baş vermiş faciəli hadisələr üzündən bu ticarət obyektinin rəhbərlərinin keçirə biləcəyi stresin və ya emosiyaların nəticəsi deyil. Əksinə, onlar bu insidenti “münaqişəni Cənubi Qafqazdan Moskvaya keçirmək üçün qəsdən göstərilən cəhd” kimi təqdim edirdilər.

Sözlərinin “inandırıcı” olması üçün ekranda iri planla əzilmiş əriklər nümayiş etdirilir, aparıcılar isə bu halda daha yaxşı tətbiq edilməyə layiq olan inadkarlıqla eyni sualı verirdilər: “Bəs indi moskvalılar bu əriklərsiz necə yaşayacaqlar?” Sanki bunlar planetdə sonuncu əriklər imiş.

“Ərik farsı” o qədər çılğın müzakirə edilirdi ki, məsələnin mahiyyətini bilməyən tamaşaçı düşünə bilərdi, guya iki qonşu xalq arasında münaqişəyə səbəb məhz bu cənub meyvəsi olub.

Sanki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı vəhşicəsinə soyqırımı olmayıb.

Yaxud 2011-ci ildə içərisinə partladıcı maddə doldurulmuş və ermənilər tərəfindən çaya buraxılmış oyuncaq itin partlaması nəticəsində 13 yaşlı Aygün Şahmalıyevanın (yeri gəlmişkən, o, valideynləri ilə bərabər Sankt-Peterburqdan qohumlarına qonaq gəlmişdi) ölümü baş verməyib.

Və ya Füzuli rayonunun Alxanlı kəndinin erməni qoşunları tərəfindən minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva nənəsi ilə bərabər həlak olmayıb.

Lakin bütün bunlar olub. Həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və beynəlxalq təşkilatların çoxsaylı başqa qərarlarına, - onların sadalanması elə bir neçə səhifə tutardı, - rəğmən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisini bu günə qədər zorla əldə saxlayan erməni işğalçı qüvvələrinin bir çox başqa cinayətləri də olub.

Buna baxmayaraq, sizin proqramın aparıcıları “Fud Siti” bazarında baş vermiş insidentin səbəblərini axtarmaq əvəzinə, yalnız onun nəticələri ilə maraqlanırdı.

Erməniləri “ərik müharibəsi”nin qurbanları kimi təqdim etmək cəhdləri, həmçinin Şeyninin ulu babasının Bakıda öldürülməsi barədə sözarası işlətdiyi ifadə ən azından yersiz görünürdü. Təbii ki, bu halda o, auditoriyaya heç bir təfsilat təqdim etmədi. Görünür, müəmmalılıq “Azərbaycandan olan qatillər” barəsində əhvalatı daha çox inandırıcı göstərməli idi.

Bu məqamda dəvət edilmiş ekspertlər üzərində dayanmaq istərdik.

Sarkis Satunyan adlı birisini ayrıca xatırlamağa dəyər. “Birinci” kanal onu “İ.A Realist”in baş redaktoru kimi təqdim etdi (həqiqətdə o, Rusiyada qeydiyyatda olan ultratəhrikçi erməni nəşri “İ.A Reqnum”un şərhçisi kimi daha çox məşhurdur).

Cəfakeş obrazında olan Saturyan israrla sübut edirdi ki, “ərik terroru” bilavasitə Bakıdan əlaqələndirilən aksiyadır. Görünür, bu halda o, Göbbelsin “Yalan nə qədər dəhşətlidirsə, insanlar ona bir o qədər həvəslə inanırlar” prinsipini rəhbər tuturdu.

Deyəsən, “Birinci” kanalın efirində belə yalançı patriotların görünməsi pis ənənəyə çevrilib.

Bundan bir neçə gün əvvəl - iyulun 15-də elə həmin verilişin başqa buraxılışı çərçivəsində Sarkis Saturyan Tovuzda baş vermiş hadisələri İstanbulda müqəddəs Sofiya məbədi məsələsi ilə, Ərdoğanın siyasəti və “Dağlıq Qarabağı və Azərbaycanı yenidən yaradılmış Osmanlı İmperiyasının tərkibinə daxil etmək planı” ilə qarışdırırdı. Belə fantaziyaya yalnız “qibtə etmək” olar - hətta neoosmanizm ideyalarının ən sədaqətli tərəfdarları da belə möhtəşəm ideyalar səsləndirməyib.

Lakin Saturyan tək deyildi - birinci skripka rolunu RF Dövlət Dumasının deputatı, özünün ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin ifa edir, jurnalist Maksim Yusin isə onun dediklərini təsdiqləyirdi.

Zatulinin KTMT-ni Ermənistanı müdafiə edən hərəkətlərə sövq etmək üçün necə canfəşanlıq göstərməsi təhrikçilər üçün müntəxəbata daxil edilməyə layiqdir. Bununla belə, o, bir sadə suala cavab vermədi: Tovuzda eskalasiya Azərbaycanın nəyinə lazım idi, axı, əks-terror əməliyyatını ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağda başlamaq daha məntiqli olardı, çünki BMT Nizamnaməsi buna imkan verir.

Zatulinin susmasını çox sadə izah etmək olar.

Ermənistan yeganə ölkədir ki, məhz Tovuzda, Azərbaycan ilə sərhəddə toqquşma onun üçün sərfəlidir, çünki bu halda nəzəri baxımdan Rusiya guya təcavüzə məruz qalmış KTMT üzrə tərəfdaşının müdafiəsinə qalxa bilər.

Buna baxmayaraq, KTMT-nin təmkinli reaksiyası, həmçinin Rusiyanın rəsmi strukturlarının ölçülüb- biçilmiş mövqeyi onu göstərir ki, ermənilərin planı baş tutmayıb - Moskvada dövlətlər arasında münaqişənin növbəti dəfə kəskinləşməsinin kimin və hansı məqsədlə düşündüyünü çox gözəl anlayırlar.

Bu baxımdan, “Birinci” kanalın populyar şousunda iki dost dövlət arasında münasibətlərə necə məqsədyönlü şəkildə ziyan vurulmasını müşahidə etmək çox təəccüblüdür.

Proqramın müəllifləri bu məqsədə çatmaq üçün təkcə şübhəli ekspertlərin deyil, həm də problemin mahiyyətini qəsdən təhrif edən nadürüst jurnalistlərin xidmətlərindən istifadə edirlər.

Belə ki, 20 iyul buraxılışında hərbi müxbir Semyon Peqov “Tavuş” kəndinin adı yazılmış lövhənin altında (sərhədin ermənilər tərəfində) dayanaraq “hər gün artilleriya və pilotsuz uçuş aparatlarının atəşlərindən öz evlərinin zirzəmilərində gizlənən” sakinlər barədə danışırdı. O, guya “atəşə tutulmuş uşaq bağçası və dinc evlər” barədə də danışdı... Lakin bu müxbir öz sözlərini sübut etmək üçün heç bir kadr təqdim etmədi. Sanki o, televiziya efirində deyil, radio efirində çıxış edirdi.

Bu halda cənab Peqov reportajda nə üçün Azərbaycan tərəfinin mövqeyinə toxunulmaması barədə sualın cavabında səmimi olmadı. Onun sözlərinə görə, “o, azərbaycanlılara söz verə bilərdi, lakin Dağlıq Qarabağa səfər etdiyinə görə onu bu ölkəyə buraxmırlar”.

Şeynin-Kuziçev dueti bu bəyanata çox emosional reaksiya verdi, dəfələrlə təkrar etdi ki, bu, biabırçılıqdır, çünki “azərbaycanlılar özləri bu adamın obyektiv reportaj hazırlamasına imkan vermirlər”. Bu sözlərdə həqiqətdən əsər-əlamət yoxdur. Onlar yalnız tamaşaçını yalan məlumatla çaşdırmağa yönəlib.

Cənab Ernst, məgər siz Rusiyanın ən böyük telekanalının rəhbəri kimi, bilmirsiniz ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edilməsi sonradan Azərbaycana səfərlər etməyə heç bir əngəl yaratmır, o şərtlə ki, səfərdən əvvəl bu regiona getmək üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən icazə alınmış olsun.

Bu prosedur barədə Artyom Şeyninin də məlumatlandırılması pis olmazdı, onun sözlərinə görə, o da Azərbaycana gedə bilmir, çünki keçmişdə bizim respublikanın qüvvədə olan qanunlarına riayət etmədən Dağlıq Qarabağa getməyə macal tapıb.

Üstəlik, nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan XİN-in qara sıyahısına düşmüş şəxslərin həmin siyahıdan çıxarılması üçün xüsusi prosedur var - xarici siyasət idarəsinə müraciət etmək, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və gələcəkdə qüvvədə olan qanunları pozmaqla işğal edilmiş ərazilərə səfərlər etməməyi vəd etmək lazımdır.

Öz əməkdaşlarınıza və tərəfdaşlarınıza tövsiyə edin ki, bu qaydalara riayət etsinlər. Xüsusən Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyan Rusiya hökumətinin mövqeyini nəzərə alsınlar.

Hörmətli Konstantin Lvoviç!

Azərbaycan ictimaiyyəti adından sizə “Vremya pokajet” verilişinin müəlliflər kollektivinin və aparıcılarının bu cür təhrikçi fəaliyyətindən narahatlığımızı və hiddətləndiyimizi bildiririk.

Təəssüflə qeyd etməyə məcburuq ki, bu cür provokasiyalar əvvəllər də olub - 2016-cı il aprelin əvvəlində Dağlıq Qarabağdakı hadisələr fonunda Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin növbəti provokasiyasını dəf edəndə elə həmin “Vremya pokajet” verilişinin efirində yalançı “Rusiya patriotları” Gevorq Mirzoyan, Semyon Baqdasarov və məşhur provokator Sergey Kurginyan qalmaqal salırdılar.

Gördüyümüz kimi, dekorasiyalar və ifaçılar dəyişir, amma verilişin düşmən mahiyyəti dəyişməz qalır.

Biz dövlətlərimizin ikitərəfli münasibətlərinə zərər vuran bu qüsurlu praktikaya son qoyulmasını tələb edirik və ümidvarıq ki, sizin şəxsən müdaxiləniz “Birinci” kanalın efirində Azərbaycan Respublikasının və onun xalqının ünvanına bu cür iyrənc insinuasiyalara son qoyacaq.

Bu məktubun sonunda “Vremya pokajet” verilişində səslənmiş yalan bəyanatlara cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabrında “Valday” Forumundan dediyi sözləri sitat gətirməyi münasib hesab edirik: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bu, sizin televiziya efirində nə səslənməsindən asılı olmayaraq danılmaz həqiqətdir.

Hörmətlə,

1. Fərhad Bədəlbəyli
Azərbaycan Respublikasının Xalq artisti,
SSRİ-nin Xalq artisti,
Bakı Musiqi Akademiyasının rektoru
 
2. Elçin Əfəndiyev
Azərbaycan Respublikasının Xalq yazıçısı
 
3. Nizami Səfərov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
 
4. Mixail Zabelin
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü,
Azərbaycan Rus İcmasının sədri
 
5. Əhliman Əmiraslanov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Rusiya Federasiyası Elmlər Akademiyasının xarici üzvü,
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
 
6. Çingiz Abdullayev
Azərbaycan Respublikasının Xalq yazıçısı
 
7. Nərgiz Paşayeva
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru
 
8. Nailə Vəlixanlı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru
 
9. Anar Rzayev
Azərbaycan Respublikasının Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri
 
10. Nizami Cəfərov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
 
11. Aleksandr Şarovski
Azərbaycan Respublikasının Xalq artisti,
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru
 
12. Fərhad Xəlilov
Azərbaycan Respublikasının Xalq rəssamı,
Azərbaycan Rəssamlar İttifaqının sədri
 
13. Tahir Salahov
Azərbaycan Respublikasının Xalq rəssamı,
SSRİ-nin Xalq rəssamı
 
14. Kamal Abdulla
Azərbaycan Dillər Universitetinin rektoru
 
15. Ziyad Səmədzadə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
 
16. Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
 
17. Firəngiz Əlizadə
Azərbaycan Respublikasının Xalq artisti,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
 
18. Ömər Eldarov
Azərbaycan Respublikasının Xalq rəssamı,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru,
SSRİ Dövlət mükafatı laureatı
 
19. Nadejda İsmayılova
Azərbaycan Respublikasının Əməkdar jurnalisti
 
20. Murad Adıgözəl-zadə
Azərbaycan Respublikasının Xalq artisti,
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru
 
21. Anna İbrahimbəyova
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru
 
22. Emin Hacıyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
 
23. Urxan Ələkbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
 
24. Yalçın Adıgözəlov
Azərbaycan Respublikasının Xalq artisti, dirijor
 
25. Aslan Aslanov
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri
 
26. Eldar Quliyev
Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor
 
27. Əziz Əliyev
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru
 
28. Elbay Qasımzadə
Azərbaycan Respublikasının Əməkdar memarı,
Azərbaycan Memarlar İttifaqının sədri
 
29. Aleksandr İşein
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu
 
30. Kamran İmanov
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
 
31. Şneor Seqal
Azərbaycan Avropa yəhudiləri icmasının baş ravvini,
“Xabad-Or-Avner” yəhudi təhsil kompleksinin direktoru
 
32. Siyavuş Kərimi
Azərbaycan Respublikasının Xalq artisti,
Azərbaycan Milli Konservatoriyasının rektoru
 
33. Milix Yevdayev
Dağ yəhudiləri dini icmasının rəhbəri
 
34. Vasili Novoseltsev
İsmayıllı rayonunun İvanovka kəndindəki N.Nikitin adına kolxozun sədri
 
35. Rəhman Hacıyev
“Bakinski raboçi” qəzetinin baş redaktoru
 
36. Fəxrəddin Manafov
Azərbaycan Respublikasının Xalq artisti
 
37. Natiq Rəsulzadə
Azərbaycan Respublikasının Xalq yazıçısı
 
38. Oleq Əmirbəyov
Aktyor, teleaparıcı
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib