MƏDƏNİYYƏT
Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova üçüncü nömrə altında uğurla çıxış etmişdir
Kopenhagen, 11 may (AZƏRTAC). Azərbaycanın “Eurovision 2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın final mərhələsində üçüncü nömrə altında uğurla çıxış etmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını təqdim etmişdir.
Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur, insanlar bir-birinə, ətrafındakılara qarşı daha duyğulu olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.
Dilarə Kazımova İctimai Televiziya və Radio Yayımları Şirkətində yayımlanan “Böyük səhnə” layihəsinin qalibi olmuş və ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazanmışdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen