Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Nəzrin İmanova

Bakı, 7 iyun, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olmuş Azərbaycanın gənc istedadları haqqında məqalələr silsiləsini davam etdirir.

Bizim növbəti həmsöhbətimiz Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin 11-ci sinif şagirdi, fleyta ifaçısı, bir çox respublika və beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Nəzrin İmanovadır.

Nəzrin yaradıcı ailədə dünyaya göz açıb. O, azərbaycanlı musiqiçi, bəstəkar, tarzən, Azərbaycan tarını təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıq və şair, ədəbiyyatşünas, rəssam, xəttat, musiqişünas və şuşalı alim Mir Möhsün Nəvvabın nəslindəndir. Fleyta ifaçısının anası Tərlan Musayeva 23 nömrəli musiqi məktəbində xor rəhbəridir.

“Hələ üç yaşımda olarkən anam mənim çox gözəl musiqi duyumuna malik olduğumu hiss edib. Dinlədiyim bütün mahnıları ifa edirdim, - deyə Nəzrin bəhs edir. – Dörd yaşımdan oxuyurdum, anam isə məni pianoda müşayiət edirdi. Fleytanı da mənim üçün anam seçib. O hesab edirdi ki, bu ən zərif alətdir və mən onu bəyənəcəyəm”.

Peşəkar fleytanı Nəzrinə babası hədiyyə edib və o, birinci sinifdən bu günədək həmin alətdə ifa edir.

İlk dəfə iştirak etdiyi “World Harmony” beynəlxalq müsabiqəsində Nəzrin diplomant oldu. Buna baxmayaraq, çalışqan qızcığaz üzərində çox işləyirdi: “Mən bilirdim ki, nə vaxtsa laureat olacağam, birinci yeri tutacağam”, - deyə Nəzrin qeyd edir. Belə də oldu.

İstedadlı fleyta ifaçısı “Ruhun bulaqları” müsabiqəsində iştirak edib və birinci yeri tutub. Sonra, 2020-ci ildə “Karabakh International Culture & Art Content” beynəlxalq müsabiqəsində də birinci yerə layiq görülüb. O, 2023-cü ilin noyabr ayında II Respublika “Akademik, xalq və jaz musiqisi” müsabiqəsində iştirak edib və laureat olub. Bu yaxınlarda, 2024-cü ilin may ayında Fikrət Əmirova həsr olunmuş I Beynəlxalq müsabiqədə trio ilə birgə birinci yeri tutub.

“Bu günə qədər qazandığım bütün uğurlarıma görə müəlliməm Rövşanə xanıma və anama borcluyam, - deyə Nəzrin vurğulayır. – Rövşanə xanım mənə fleytanın bütün incəliklərini öyrədib. Həmçinin bütün bu illər ərzində məni ən seçilən müsabiqələrə layiq bilib göndərdiyinə və təşkil etdiyi konsertlərdə iştirakımı təmin etdiyinə görə məktəbimizin direktoru Afət xanım Qəmbərovaya sonsuz təşəkkürlərimi bildirirəm”.

Nəzrin qeyd edir ki, konsertlərdə və müsabiqələrdə iştirak etməyi çox sevir. Fleyta ifaçısının sözlərinə görə, çıxış öncəsi, əlbəttə, digərləri kimi həyəcan keçirir. Lakin fleytada ifa etməyə başlayanda həyəcan arxada qalıq.

Gənc musiqiçi deyir: “Müsabiqələrdə iştirak etdikcə, laureat adını qazandıqca, mən daha böyük əzmlə öz üzərimdə işləməyə başlayıram. Çünki uğur əldə etdikcə, daha da həvəslənirəm. Yaxın gələcəkdə solo konsert verməyi arzulayıram və bunun üçün də dayanmadan çalışmalıyam”.

Nəzrin bildirir ki, musiqi təhsilini davam etdirmək üçün Bakı Musiqi Akademiyasına qəbul olmağı planlaşdırır. Bu il o, musiqi məktəbini bitirir. Lakin ümumtəhsil məktəbində 10-cu sinifdə oxuduğu üçün, Akademiyaya bir ildən sonra qəbul oluna bilər. Akademiyadan sonra fleyta ifaçısı simfonik orkestrdə ifa etmək, həmçinin müəllim kimi də fəaliyyətini davam etdirmək xəyalı ilə yaşayır.

Söhbətimizdə Nəzrinin anası da iştirak edir.

“Nəzrin hələ bir - il yarım yaşı olanda fərqinə varmadan daim oxuyurdu, - deyə Tərlan xanım xatırlayır. – Görürdüm ki, oxumaq istəyir. Üç yaşından isə uşaq mahnılarını sərbəst ifa edirdi. Anladım ki, o, musiqiçi olacaq. Mən özüm skripka ifaçısıyam, xor rəhbəriyəm. Lakin onun üçün nə skripka, nə də fortepiano istədim - qeyri-adi zərif alət axtarırdım. Çünki o, uşaqlıqdan çox incə və zərifdir. Fleytanı sınaqdan keçirmək qərarına gəldim. Əvvəlcə xoşuna gəlmədi. Deyirdi, bu nə trubadır belə? (Gülür) Mən isə ona deyirdim – xoşuna gələcək! Artıq iki dərsdən sonra öyrəşdi. İndi isə bizim bütün yaxınlarımız və qohumlarımız Nəzrinin ifasını dinləyəndə deyirlər ki, onu digər alətlə təsəvvür edə bilmirlər. Sanki fleyta onun üçün yaranıb”.

Tərlan xanımın sözlərinə görə, Nəzrin həm xalq, həm klassik, həm də estrada musiqisini ifa edir, lakin ən çox lirik musiqini sevir.

O əlavə edir: “Nəzrin sürətli parçaları çox da xoşlamır. Əlbəttə, müəllim onun xasiyyətinə bələddir, nəyin öhdəsindən gəlib-gəlməyəcəyini bilir. İyun ayında simfonik orkestr ilə konsert verəcək. Müəllimin məsləhəti ilə o, konsertdə “Konsertino” ifa edəcək”.

Nəzrinin müəllimi Rövşanə Quliyeva da söhbətdə iştirak edir. Şagirdi haqqında danışan Rövşanə xanım gənc qızın çalışqanlığını qeyd edir: “Onun hər zaman ruh yüksəkliyi, istəyi, istedadı olub və indi də vardır – onunla çalışmaq çox böyük zövqdür”.

Müəllimin fikrincə, müsabiqələr şagirdin həyatında çox böyük rol oynayır.

“Bu, bir daha auditoriya qarşısına, səhnəyə çıxmaq, özünü göstərmək imkanıdır. Müsabiqələrə hazırlaşan uşaqlar daha çox çalışırlar, bunun sayəsində bir pillə yüksəlirlər”, - deyə həmsöhbətimiz vurğulayır.

Rövşanə xanım deyir ki, Nəzrini gələcəkdə orkestr solisti kimi görür. “Mənim şagirdlərim artıq orkestrlə işləməyi bacarırlar. Onların oxuma qabiliyyəti mükəmməldir, ifa texnikası əladır və faktiki olaraq, artıq filarmoniya proqramını ifa edirlər. Düşünürəm ki, Nəzrini gözəl gələcək gözləyir!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib