Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANIN HƏR BİR BÖLGƏSİNİN HƏRTƏRƏFLİ İNKİŞAFINI TƏMİN ETMƏK DÖVLƏTİN ƏSAS MƏQSƏDİDİR
YARDIMLI RAYONUNA MAVİ YANACAĞIN VERİLMƏSİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz yardımlılılar,

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və müqəddəs Ramazan bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ramazan bayramı Azərbaycan xalqının qəlbində həmişə yaşamışdır. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu bayram ölkəmizdə dövlət bayramı kimi, geniş qeyd olunur. Bu, həm də onu göstərir ki, Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük nemətidir. Məhz müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başladı.

Ağsaqqal burada çıxış edərkən çox düzgün məqamlara toxundu. Əsrlər boyu Azərbaycan dövlət müstəqilliyindən məhrum idi və Azərbaycanın təbii sərvətləri daha çox tərkibində olduğu ölkənin xeyrinə istifadə edilirdi. Yalnız və yalnız dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bütün təbii sərvətlər Azərbaycan xalqına məxsus oldu. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə bu təbii sərvətlərdən çox böyük səmərə ilə istifadə etdi. 15 il ərzində müstəqil yaşayan və möhkəmlənən bugünkü Azərbaycan bütün görülən işlərin bariz nəticəsidir.

Azərbaycan bu gün həm dünyada, həm də bölgədə öz mövqelərini möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzu artır, aparılan siyasi, iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır, insanların həyat səviyyəsi yaxşılaşır, maddi rifah artır, böyük quruculuq-abadlıq işləri gedir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, ulu öndər Heydər Əliyevin adını daşıyan neft kəməri istismara verilib və bu, ən böyük tarixi nailiyyətdir. Müstəqil Azərbaycanın ən böyük nailiyyətidir. Çünki bu kəmərin fəaliyyəti və istismarı dövrü ərzində görülən və görüləcək işlər Azərbaycan xalqının uzunmüddətli rifah mənbəyi olacaqdır. Çünki bu kəmərdən əldə olunan gəlirlər Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdıracaqdır. Biz artıq bunu görürük. Heydər Əliyevin neft strategiyasının nəticəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, digər layihələr bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edir və edəcəkdir. Biz müstəqil siyasət aparırıq, müstəqil ölkəyik. Biz azad insanlarıq, Azərbaycanın gələcəyi, Azərbaycan xalqının müqəddəratı bizim əlimizdədir. Biz bunu sübut etdik və 15 il müstəqil ölkə kimi yaşamağımız bir daha sübut edir. Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə Azərbaycan yalnız və yalnız inkişaf dövrünü yaşayacaqdır. Bütün çətin illər, çətinliklər, problemlər, qarşıdurmalar keçmişdə qaldı. Baxmayaraq ki, müstəqilliyin ilk illəri çox ağır keçirdi və bəzi hallarda ölkəmizin müstəqil yaşaması şübhə altında idi. Amma ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində bütün o çətin günlər keçmişdə qaldı.

Bundan sonra mən Azərbaycanın qarşısında heç bir problem, heç bir maneə görmürəm. Qarşıda yalnız və yalnız inkişaf, maddi rifahın yaxşılaşmasını, ölkənin hərtərəfli inkişaf etdirilməsini, insanların həyat səviyyəsinin yaxşılaşmasını görürəm. Bu istiqamətdə hər bir vətəndaş öz payını verməlidir və bu həmrəylik indi Azərbaycanda var. Bizi birləşdirən milli ideyalar, azərbaycançılıq ideyası, bizi birləşdirən amallar var: ölkəmizin hərtərəfli inkişafı, iqtisadi gücün yaranması və möhkəmlənməsi, sosial ədalətin bərqərar olması, demokratiyanın inkişafı, bütün azadlıqların qorunub saxlanılması və nəticədə güclü dövlətin yaradılması. Biz bunu yaradırıq və əgər keçid dövrünü yaşayan, yaxud da ki, bizimlə bərabər vəziyyətdə olan ölkələrlə özümüzü müqayisə etsək görərik ki, Azərbaycan müstəqil siyasət aparmaq gücündə olan ölkədir. Bizi bu fərqləndirir. Heç kimdən asılı deyilik, yalnız və yalnız öz resurslarımıza arxalanırıq. Heydər Əliyevin yolu məhz bundan ibarət olmuşdur. Çünki Azərbaycanın üzləşdiyi problemləri biz təkbaşına həll edirik. Heç kim bizə kömək etmirdi, heç kim bizim yanımızda durmadı. Özümüz çətin günlərdən, çətin vəziyyətdən çıxdıq və bu gün ölkəmizi hərtərəfli inkişaf etdiririk.

Ağsaqqalın sözləri məni də çox duyğulandırdı. Çünki bu ürəkdən, qəlbdən gələn sözlərdir. Bir də ki, həqiqətdir. Həqiqəti isə hər zaman demək, bildirmək lazımdır. Həqiqət də ondan ibarətdir ki, bugünkü Azərbaycan ən dinamik, ən sürətlə inkişaf edən ölkədir. Bugünkü Azərbaycanın hərtərəfli inkişafını 1993-cü ildə məhz Heydər Əliyevin Prezident vəzifəsinə seçilməsi ilə əlaqədardır. Məhz o illərdən başlayaraq bütün xoşagəlməz meyillər tədricən, yavaş-yavaş aradan qaldırıldı və inkişafa qədəm qoyuldu. Bu gün bütün bizim əsas layihələrimiz öz həllini tapmışdır. Bakı-Tbilisi-Ceyhan kəməri tarixi nailiyyətdir. Baxmayaraq ki, böyük çətinliklərlə üzləşmişdik, böyük təxribatlar da, hədələr də olmuşdu, sui-qəsdlər də təşkil edilmişdi. Digər təxribatlar da olmuşdu. Amma buna baxmayaraq, biz onu tikməyi bacardıq və bu kəmərin işə düşməsi, uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafı mümkün olacaqdır. Digər layihələr də öz həllini tapır.

İndi qarşımızda yeni vəzifələr durur. Yeni vəzifələr də ondan ibarətdir ki, bu gözəl şəraitdən, iqtisadi inkişafdan, mövcud sabitlikdən istifadə edib ölkəmizi hərtərəfli inkişaf etdirək. Bu yolda bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının məqsədi də məhz bundadır ki, hər bir bölgə inkişaf etsin. Hər bir bölgənin problemləri var. Ölkənin ümumi problemləri var, eyni zamanda, hər bir rayonun özünəməxsus problemləri var. Biz həm ümumi problemləri, həm də hər bir bölgənin problemlərini həll edirik. Mən bir neçə dəfə demişəm, bir də demək istəyirəm ki, əgər hər bir rayonun problemi öz həllini taparsa, deməli, ölkədə heç bir problem qalmaz.

Yardımlı rayonunun da böyük problemləri var idi. Yardımlı ucqar rayondur və uzun illər ərzində burada olan vəziyyət, əlbəttə ki, bizi qane edə bilməzdi. Ancaq rayonun problemləri ilə maraqlananda, görəndə ki, bu problemləri biz qısa müddət ərzində həll edə bilərik, proqram da qəbul edildi, yeni rəhbərlik təyin olundu və sürətlə inkişaf başladı. Deyə bilərəm ki, son iki il ərzində Yardımlıda görülən işlər, demək olar ki, rayonun hər bir sahəsinə öz təsirini göstərir. Bir il, il yarım ərzində 31 məktəb tikilibdir. Əvvəllər, bəlkə də, 100 il ərzində 31 məktəb tikilmirdi. Rayonda infrastruktur yarandı, yeni müəssisələr, xalça sexi işə düşdü. Mənim yadımdadır, keçən il burada olarkən müəssisələrlə tanış oldum. Ticarət mərkəzi tikildi, stadion bərpa olundu, yollar, elektrik xətləri çəkildi.

Bu gün isə biz iki böyük hadisəni qeyd edirik. Yardımlıya yeni yolun çəkilməsi və istismara verilməsi, bir də qaz xəttinin çəkilməsi. İki hadisənin rayonun inkişafı üşün çox böyük əhəmiyyəti var. Bu iki hadisə, xüsusilə yolun çəkilməsi, ümumiyyətlə, inkişafa ən böyük təkan verən amildir. Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, heç kim gəlməyəcəkdir. Yol birinci şərtdir və biz onu çəkdik.

İkinci şərt qaz xəttinin çəkilməsi. Yardımlı nadir rayonlardan idi ki, sovet dövründə də burada qazlaşdırma aparılmamışdı. Bilirsiniz ki, sovet dövründə Azərbaycan ərazisinin böyük əksəriyyəti qazlaşdırılmışdır. Düzdür, ondan sonra, 1990-cı illərin əvvəllərindəki xoşagəlməz hadisələr nəticəsində qazın hasilatı kəskin şəkildə aşağı düşmüşdü və rayonların, demək olar ki, əksəriyyətinə qaz verilmirdi. 2000-ci ildən başlayaraq, biz qazın verilməsini bərpa etdik və ilk növbədə, qaz xətləri olan yerlərə verdik. Amma Yardımlıda qaz xətti yox idi. Keçən il qərar qəbul edildi ki, Yardımlıya qaz çəkilməlidir. Bu çətin şəraitdə hündür dağlardan keçməklə qaz xətti artıq çəkilibdir. Biz məşəli yandırdıq və növbəti aylarda rayon mərkəzinə tamamilə qaz veriləcəkdir. Yəni bu onu göstərir ki, əgər adamın buna marağı varsa, iradə varsa, hər bir məsələni həll etmək olar. Əlbəttə ki, bütün bu işlərin təməlində müxtəlif amillər dayanır, ancaq ən önəmlisi vətənə, xalqa olan məhəbbətdir. Budur ən önəmli amil, budur Azərbaycanı gələcəyə aparan əsas şərt. Bu isə indi həm iqtidarda var, həm də xalqda var. Hamımız istəyirik ki, bizim güclü dövlətimiz olsun. Biz hər gün müxtəlif yollarla, xarici siyasətlə, daxili siyasətlə, iqtisadi islahatlarla, insanların həyat səviyyəsini yaxşılaşdırmaqla, yollar, qaz xətləri çəkməklə, bütün başqa işlərlə bunu gücləndiririk. Haraya baxsaq görərik ki, hər bir sahədə proqram var, inkişaf var.

Məktəb lazımdır, məktəb əsas məsələdir. Məktəb olmasa, heç bir inkişaf ola bilməz. Məktəblə müqayisədə bəlkə yol da ikinci dərəcəli məsələdir. Yardımlıda 31 məktəb tikilibdir. Onlar indi kompyuterlə təchiz edilməli, bütün məktəblərdə internet xətti olmalıdır. Uşaqlar lap balaca yaşlarından dünyadakı ən müasir yenilikləri bilməlidirlər. Onların müasir dünyagörüşü olmalıdır. Həm bizim milli ənənələrə, azərbaycançılıq ideologiyasına sadiq olmalıdırlar, eyni zamanda, dünyada gedən prosesləri bilməlidirlər. Öz biliklərini artırmalı, təhsil almalı, işləməlidirlər. Ona görə də bunlar lazımdır. O cümlədən xəstəxanalar, digər sosial infrastruktur.

Mən çox istəyirəm ki, nəzərdə tutduğumuz bütün proqramlar tezliklə həyata keçsin. Həmişə bütün icra nümayəndələrini tələsdirirəm ki, tez edin. Buraya yolun çəkilişi də cəmi 3-4 ay vaxt apardı. Bu yol böyük layihədir, 50 kilometrdən çox uzunluğu var. Özü də dağlıq, mürəkkəb relyefi olan yerdə və bu yolu çəkmək asan məsələ deyildir. Buna həm böyük maliyyə vəsaiti xərclənib, həm də böyük zəhmət çəkilibdir. Amma biz istəyirdik tez olsun ki, insanlar daha əziyyət çəkməsinlər. Hər dəfə o yolu gedib-gəlmək asan məsələ deyildir. İndi Bakıda yaxşı yol ilə gedən bunu başa düşməz. Gərək insan bir-iki dəfə bu yolu gedib-gəlsin ki, başa düşsün, insanlar nə əziyyət çəkir. Bir halda ki, imkan var bunu düzəldək, nə üçün əziyyət çəkməlidirlər?

Hər bir insanın problemi Prezidentin problemi olmalıdır. Ancaq o təqdirdə Azərbaycan sürətlə inkişaf edəcəkdir. Yaşadığı yerdən asılı olmayaraq, lap ucqar kəndində də gərək hər bir insanın həyatını təmin edən əsas amillər olsun - suyu, işığı, qazı olmalıdır, yaxşı yolu olmalıdır, uşağı yaxşı məktəbə getməlidir. Əgər xəstələnirsə, gərək yaxşı tibbi xidmətlə təmin olunsun. Bunlar insanın yaşayışını müəyyən edən məsələlərdir.

Biz bu işləri görürük. Biz iqtisadi inkişafa nail olmuşuq və indi Azərbaycan iqtisadi inkişaf baxımından dünyada birinci ölkədir. İqtisadiyyatın artım sürətinə görə biz bir nömrəli ölkəyik. Biz bölgədə öz mövqelərimizi möhkəmləndirmişik və qonşularımızla çox gözəl, səmərəli, qarşılıqlı hörmətə əsaslanmış münasibətlərimiz var. Bu da Azərbaycanın inkişafı üçün çox vacib amildir. Ölkə daxilində vətəndaş həmrəyliyinə nail ola, sabitliyi qoruyub saxlaya bilmişik. Baxmayaraq ki, bu sabitliyi pozmaq istəyən qüvvələr var idi. Onların cəhdləri məhz ona yönəlmişdi ki, Azərbaycanda sabitlik pozulsun, hərc-mərclik, xaos, anarxiya yaransın. Başqa ölkələrdə bu xaosun, anarxiyanın nəyə gətirib çıxardığını görürük. O ölkələr geriyə gedir, çox xoşagəlməz proseslər başlayır. Azərbaycanda bunların heç biri yoxdur. Biz sabitliyi qoruyuruq, saxlayırıq.

Biz deyəndə, mən Azərbaycan xalqını nəzərdə tuturam. Çünki bütün məsələləri Azərbaycan xalqının iradəsi müəyyən edir. İlk növbədə də sosial məsələlərin həlli. Sosial məsələlərin həlli birbaşa maddi dəyər yaratmır, əlavə mənfəət gətirmir. Bax, bu çəkdiyimiz yol birbaşa heç bir gəlir gətirməyəcəkdir. Yaxud, çəkilən qaz xətti də heç bir mənfəət gətirməyəcəkdir. Abonentlərdən yığılan qaz haqqı çəkilmiş xərcləri, bəlkə də, 100 ildən sonra qaytara bilər. Məqsəd bunda deyil, məqsəd ondadır ki, iqtisadi imkanları, təbii sərvətləri insan kapitalına çevirək. Yaxşı işləyək, işlərimizi elə görək ki, inkişaf olsun. İnkişafdan əldə olunan gəlirləri insanların yaxşı yaşamasına yönəldək. Büdcə xərclərimiz 4 dəfə artır. Üç-dörd il bundan əvvəl 1 milyard 500 milyon dollar idi, indi olacaq 6 milyard 300 milyon dollar. Bu nə deməkdir? O deməkdir ki, 2007-ci ildə ölkə qarşısında duran əsas problemlər öz həllini tapacaqdır: yolların, elektrik, qaz, su xətlərinin çəkilməsi, məktəb, xəstəxana tikintisi, aeroportların inşası. İnsanları narahat edən bütün məsələlər öz həllini tapmalıdır və ilk növbədə, yerlərdə icra orqanları da çox səmərəli işləməlidir. Biz düzgün qərarlar, proqramlar qəbul edə, vəsait ayıra bilərik. Ancaq yerlərdə iş yaxşı qurulmursa, onda bunun heç bir səmərəsi olmayacaqdır. Mənim bölgələrə səfərlərimin məqsədlərindən biri də odur ki, gedib özüm görüm, vəziyyətlə tanış olum ki, işlər necə gedir, insanların əhval-ruhiyyəsi necədir, yerli icra orqanlarına münasibət necədir. Mən bunu görürəm, bəzi hallarda bunu heç demək də lazım deyildir. Mən insanların baxışlarından, üzlərdəki təbəssümdən bunu görürəm. Yaxud da ki, bəzi hallarda insanların narazılığından bunu görürəm və dərhal ölçülər götürülür, tədbirlər görülür. Belə olmalıdır. Biz elə etməliyik ki, bir dənə də problem qalmasın. Düzdür, elə ölkə yoxdur ki, orada problem olmasın. Ən zəngin, ən inkişaf etmiş ölkələrdə də kifayət qədər problemlər var. Amma biz çalışmalıyıq ki, ölkəmizdə bunları aradan qaldıraq. Çalışmalıyıq ki, insanların həyatını yüngülləşdirək, yaxşılaşdıraq ki, bütün xalqımız firavan yaşasın. Xalqımızın üzü gülsün, ürəyi sevinsin. Bunu etmək üçün iş görmək lazımdır. Xalqın dəstəyi ilə biz bu işi görürük və bundan sonra da görəcəyik. Mən bir il bundan əvvəl məhz burada çıxış edərkən öz ürək sözlərimi demişdim və söz vermişdim ki, işlər görüləcəkdir.

Keçən il Yardımlıya gəlişim buraya ilk səfərim idi. Amma demişdim ki, ondan sonra da gələcəyəm. Bəlkə də bəziləri fikirləşdi ki, sözdür, İlham Əliyev deyir. Amma gəlmişəm. Gəlmişəm ki, ilk növbədə, istəyirəm, bu bayram günündə sizinlə birlikdə olum. Gəlmişəm ki, bu gözəl gündə qazın verilməsini bərabər qeyd edək. Gəlmişəm ki, xalqımla birlikdə olum.

Mən öz vəzifə borcumu bunda görürəm və sizi bir daha əmin etmək istəyirəm ki, gələcəkdə fəaliyyətimdə də mən bu yola sadiq olacağam. Əlimdən gələni edəcəyəm ki, doğma xalqımız daha da yaxşı yaşasın, doğma vətənimiz güclənsin, zənginləşsin və qarşıda duran bütün vəzifələri yerinə yetirsin.

Əziz dostlar, sizi bu gözəl bayram münasibətilə bir daha təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sağ olun.

Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL