MƏDƏNİYYƏT
Azərbaycanın ilk pianoçu-pedaqoq xanımının xatirəsi yad olunacaq
Bakı, 27 aprel, AZƏRTAC
Mayın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın ilk pianoçu-pedaqoq xanımı, Xalq Artisti Kövkəb Səfərəliyevanın 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Bu barədə AZƏRTAC-a məktəbin direktoru Fikrət Budaqov məlumat verib.
“Tədbirdə sənətkarın həyat və yaradıcılığından, sənətdə qazandığı uğurlardan, habelə musiqi mədəniyyətimizdəki xidmətlərindən danışılacaq. Tədbir çərçivəsində sənətkarın adını daşıyan musiqi məktəbinin şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək”, - deyə məktəbin direktoru söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]