Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin, Avropa İttifaqının (Aİ) və BMqT-nin İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” (ENCT) layihəsinin başa çatması ilə bağlı konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov, Xarici İşlər Nazirliyinin humanitar siyasət idarəsinin rəisi Əlimirzamin Əsgərov, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov layihənin Azərbaycanda insan alverinə qarşı səmərəli mübarizədən və ölkəmizdə insan alveri qurbanlarının müdafiəsinə verdiyi töhfələrdən danışıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tərəfindən insan alverinə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl və məqsədyönlü siyasət aparılır, müvafiq dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə olunub. Azərbaycan miqrasiya sahəsində qlobal tərəfdaşı olan BMqT ilə miqrasiyanın idarə edilməsi, insan alverinin qarşısının alınması sahəsində mühüm işlər, o cümlədən preventiv tədbirlər həyata keçirib. Bu bəla ilə mübarizə Azərbaycan Hökumətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin bu sahədə təcrübəsi bir sıra ölkələr üçün nümunədir. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı uğurla həyata keçirilib. Hazırda yeni fəaliyyət planı üzərində iş aparılır. Son illər ərzində Azərbaycan insan alveri ilə mübarizə sahəsi bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

Bildirilib ki, insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin səmərəliliyi nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində də xüsusi vurğulanır. Nüfuzlu beynəlxalq qurumların hesabatlarında 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planının icrası üzrə görülmüş işlər təqdirəlayiq hesab olunub. Bu növ cinayətlərlə mübarizənin aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə davam etdirilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən sayca dördüncü yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən, layihəyə dəstək verən Azərbaycan Hökumətinin səylərini, beynəlxalq təşkilatlarla tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan BMT və Avropa Şurasının məlum konvensiyaları və protokollarını ratifikasiya edib və insan alverinə qarşı mübarizə sahəsində öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib. Azərbaycan bu öhdəliklərə uyğun olaraq həm qanunvericilik, həm də cinayət təqibi, həm də insan alveri qurbanlarının müdafiəsi sahələrində fəallıq göstərir.

Məlumat verilib ki, 2016-cı ilin noyabrından etibarən icra edilən və 24 ay ərzində həyata keçirilən layihə çərçivəsində Bakıda və regionlarda Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının əməkdaşlarına təlimlər keçirilib, xarici ölkələrə səfərlər və tədbirlər təşkil olunub. Aidiyyəti qurumların əməkdaşları yerli və beynəlxalq miqyasda insan alverinə qarşı mübarizədə bilik və bacarıqlar, təcrübə mübadiləsi imkanı əldə ediblər. Bu sahədə qazanılan nailiyyətlərin gələcəkdə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə və insan alveri qurbanlarının qorunması işində Azərbaycan Hökumətinin imkanlarını gücləndirməkdir. Layihə “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinə uyğun olmaqla reallaşdırılıb. Bu Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsinə dəstək olub. Layihə çərçivəsində Azərbaycan Hökumətinə insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində hərtərəfli, çoxşaxəli yanaşma tətbiq edilərək dəstək göstərilib. İcra edilmiş fəaliyyətlər Azərbaycanın müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.

Sonda layihələrin icra olunmasına görə yerli və beynəlxalq tərəfdaşlara minnətdarlıq ifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib