Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN İSTEDADLARI
Yeva Kovalenko

Bakı, 9 avqust, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın istedadları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz gimnast, bir sıra respublika və beynəlxalq yarışların iştirakçısı və qalibi Yeva Kovalenkodur.

Yevanın 7 yaşı var. İdmanla cəmi bir ilyarım məşğul olmasına baxmayaraq, bu müddət ərzində əla nəticələr əldə edə bilib. Yeva Dubayda bədii gimnastika üzrə “Dynasty Cup” beynəlxalq yarışının çempionu, Pekində beynəlxalq “Global Asia” müsabiqə-festivalının qalibi, bədii gimnastika üzrə milli yarışların çempionudur. O, bu yaxınlarda Olimpiya Oyunlarının gümüş mükafatçısı, 13 dəfə dünya çempionu və beşqat Avropa çempionu rusiyalı gimnast Yana Kudryavtsevanın ustad dərsində iştirak edib.

Yeva birinci yeri tutduğu beynəlxalq “Princess Cup” yarışlarında gürzlərlə ilk çıxışını xüsusilə xatırlayır. Qeyd etmək lazımdır ki, balaca gimnast əvvəllər alətlərlə çıxış etməyib. Lent və ya topdan fərqli olaraq, gürzlər olduqca mürəkkəb alətdir. Ancaq Yeva çətin tapşırığın öhdəsindən gəlib və qısa müddət ərzində yeni nömrəni öyrənib.

Yarışlardakı ab-havadan danışan qızcığaz deyir ki, uşaqlar bir-birini dəstəkləyir və çox vaxt aralarında dostluq münasibətləri qururlar. Həyəcana gəlincə, həmsöhbətimiz çıxışlardan əvvəl o qədər də həyəcan keçirmir: “Əvvəllər daha çox həyəcan keçirirdim. Birinci yeri tutacağıma inanırdım və bu, mənə kömək edirdi”.

Yeva gələcəkdə peşəkar gimnast olmaq istəyir və Avropada yarışlarda çıxış etmək xəyalı ilə yaşayır. O, tərəddüd etmədən, nümunə götürdüyü məşqçisi Fərid Kazakov kimi olmaq istədiyini deyir: “Məşqçim bir ulduzdur! O, səmimi, mehriban, şən insandır və həmişə zarafat edir. Belə bir məşqçi ilə işləmək çox gözəldir”.

                              

Fərid Kazakov azərbaycanlı və rusiyalı quruluşçu xoreoqraf, rəqqas, balet artisti, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunudur. “World Dance Olympiad”ın (Ümumdünya Rəqs Olimpiadasının) mütləq çempionu, Azərbaycan milli mükafatının üçqat laureatı, “Solo Star Russia” titulunun ikiqat sahibi, Türkiyənin “Türkiye Zirve Ödülleri” milli mükafatı laureatı, “Türkiyənin ən istedadlı rəqqası” adının sahibi, beynəlxalq, Ümumrusiya və respublika Qran-Pri müsabiqələrinin qalibidir.

Fərid xatırlayır: “Yanıma gəldiyində, Yeva ətrafa təəccüblə baxan bir uşaq idi. O vaxt onun zülfü var idi. Amma gimnastikada zülf qadağandır... Qeyd etmək istərdim ki, o, heç bir ilkin hazırlıq olmadan, yaşına görə böyük uğurlar qazanıb. Yevanın elastik kürəyi yox idi... Demək olar ki, mənim prototipimdi. (Gülür.) Amma dərhal diqqətimi çəkən o oldu ki, bu qız deyilənlərə diqqətlə qulaq asır. Mənim üçün isə ən önəmlisi uşağın diqqəti və zəhmətsevərliyidir. Biz məşqlərə böyük çətinliklə başladıq və uğur qazandıq”.

Fərid Kazakovun fikrincə, yarışlar gənc idmançılar üçün çox vacibdir.

“Uşaq məhz rəqabət prosesində böyüyür və daha həvəsli olur. Amma bu, həm uşaq, həm məşqçi, həm də valideynlər üçün böyük stresdir”, - deyə həmsöhbətimiz bildirir. - Mən uşaqların ustad dərslərində iştirakını və mümkün qədər tez-tez səfər etməsini dəstəkləyirəm. Çünki xaricdə olanda başqa ölkələrdə kimin hansı səviyyədə olduğunu görürlər və bu, onlar üçün çox faydalıdır”.

Şagirdlərinin qələbə qazanmasının nə qədər mühüm olması barədə fikir söyləyən Fərid Kazakov vurğulayır ki, gənc idmançıların özlərinə qalib gəlməsi, daha yaxşı çıxış etməsi vacibdir.

Məşqçi əlavə edir: “Hətta yüksək nəticələr əldə edə bilmirsənsə, daha da çox işləməli və inkişaf etməlisən. Mən bundan uşağı motivasiya etmək üçün də istifadə edirəm. Amma uşaqlara təzyiq etməyin əleyhinəyəm. Çıxışdan əvvəl uşağı hazırlaşdırmaq və onu sakitləşdirmək vacibdir. Mənim şagird olduğum illərdə şərtlər çox sərt idi. Sevgi, səmimilik, dəstək yox idi... Amma buna çox ehtiyacım var idi. İndi mən bunu uşaqlara tam şəkildə vermək və onları daha da həvəsləndirmək istəyirəm. Çünki bu yolla uşaq özünü təhlükəsiz hiss edir, kiməsə arxalanır”.

                                     

Söhbətdə Yevanın anası Tamara Kazakova da iştirak edir. Tamara xanımın sözlərinə görə, onlar belə nəticə gözləməyiblər və gimnastika ilə sırf özləri üçün məşğul olmağa başlayıblar.

“Yeva hələ məktəbə getməmişdi və onun üçün hansısa məşğuliyyət axtarırdım. O, həmişə çox aktiv idi, insanlar arasında olmağı, şeir oxumağı, diqqət mərkəzində olmağı sevirdi. Qızımın belə yüksək enerjini düzgün istiqamətə yönəltmək lazım idi. Düşünürdüm ki, gimnastika onun üçün əla bazadır: bu, həm sağlamlıq, həm çeviklik, həm də fiqura deməkdir. Həmin vaxt instaqramı açdım və orada Fəridin səhifəsini tapdım. Yevanın heç bir hazırlığı yox idi, bunu mənə dərhal dedilər. Lakin məşqçi onun uğur qazanacağına çox inanırdı və bu etimad öz nəticəsini verdi. Əvvəlcə o, bir saat çalışırdı, sonra 3 saat məşq etməyə başladı; bunlar artıq xoreoqrafik dərslər idi. Elə alındı ki, cəmi bir ay sonra ilk çıxışı oldu. O, sıfırdan başladı, amma bir ay sonra artıq ilk yarışmasında iştirak etdi və hətta üçüncü yeri tutdu”.

Tamara Kazakovanın sözlərinə görə, idmançının yetişməsində məşqçinin rolu böyükdür.

“Övladımızla kimin məşğul olması önəmlidir”, - deyə o bildirir. - Bir ana kimi, məşqçi ilə əlaqənin uşaq üçün nə qədər vacib olduğunu başa düşürdüm. Fəridlə ilk anlardan yaxşı əlaqə yarandı. Yeva məşqə qaçırdı, çünki orada şən mühit var, daim selfi çəkirlər. (Gülür.) Bu, onun çox xoşuna gəlir. Mənim üçün önəmli olan məşqçinin Yevaya olan inamıdır. O, qızıma məndən də çox can yandırır! Onu o qədər dəstəkləyir ki, yarışlarda çıxışlar zamanı özü də rəqs edir. Yeva daim əmindir ki, səhnədə olanda məşqçisi pərdə arxasında durur və onu dəstəkləyir. Fərid işinə can yandırır, onu sevgi və səylə yerinə yetirir. Yeva da onun sevgisini və dəstəyini hiss edir”.

Yevanın gələcəyi barədə düşünən Tamara xanım deyir ki, seçimi qız özü etməlidir.

“Hər şeyin necə olacağını gələcək göstərəcək, bu, onun həyatıdır. Biz valideynlər ona ancaq dəstək və kömək edə bilərik”, - deyə istedadlı gimnastın anası sözlərini yekunlaşdırır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi?

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib VİDEO

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasının əsasını etnos, din və ümumbəşəri dəyərlərin vəhdəti təşkil edir

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

® “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Azər Hacıbalayev: Musiqi duyumu və ritm hissi ifaçının formalaşmasında mühüm rol oynayır

London İmperial Kollecinə gedən yol: azərbaycanlı tələbənin uğur hekayəsi - MÜSAHİBƏ

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb

173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb VİDEO

Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır

Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Azərbaycan rəssamının kuklaları “Doll Prague-2026” sərgisində nümayiş etdirilib

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO

Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir

Vüqar Zifəroğlu: Azərbaycançılıq ideologiyası media fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır

Naxçıvanda informasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə təlim olub

Antonio Quterreş: Elektrik şəbəkələri bərpaolunan enerjinin inkişafına uyğun şəkildə təkmilləşdirilməlidir

“Turan”ın baş məşqçisi: Çempionlar Liqasının qrup mərhələsində də layiqli mübarizə aparmağa çalışacağıq

ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI