İQTİSADİYYAT
Azərbaycanın “Milan Expo 2015” beynəlxalq sərgisindəki pavilyonu çox cəlbedicidir
Milan, 3 dekabr, AZƏRTAC
Azərbaycanın “Milan Expo 2015” beynəlxalq sərgisindəki pavilyonu çox cəlbedicidir.
Bunu ölkəmizin “Milan Expo 2015” beynəlxalq sərgisindəki pavilyonunun memarı Covanni Dapotzo AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
C.Dapotzo deyib: “Biz Azərbaycan pavilyonunun qurulmasında iştirak etməkdən çox məmnunuq. Üç ildən artıqdır ki, Bakıda bir çox layihələr həyata keçiririk. Azərbaycanın bu sərgidəki pavilyonunun dizayn işləri ilə məşğul olmaqdan qürur duyuram. Azərbaycan pavilyonunun sərginin ən diqqət çəkən məkanı olacağına əminəm”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan