İDMAN
Azərbaycanın milli komandası buzadırmanma üzrə Dünya Kuboku yarışlarında ölkəmizi müvəffəqiyyətlə təmsil etmişdir
Bakı, 28 yanvar (AZƏRTAC). İsveçrənin Saas Fee şəhərində keçirilmiş buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından təşkil olunmuş milli komanda ölkəmizi müvəffəqiyyətlə təmsil etmişdir.
FAİREX-dən AZƏRTAC-a bildirmişlər ki, kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə iki gün davam edən yarışlarda FAİREX-in dörd nəfərdən ibarət heyəti iştirak etmişdir.
Yarışda idmançımız Qalib Şıxrəhimov sürət üzrə təsnifat yarışlarında ilk dəfə ən yaxşı nəticələrdən birini göstərərək 10-cu yerə çıxmışdır.
Komandalar üzrə yekun nəticəyə görə Azərbaycan Rusiyadan sonra ikinci yeri tutmuşdur.