AZƏRBAYCANIN OLİMPİYA ÇEMPİONLARINA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN XÜSUSİ OLİMPİYA TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanın aşağıdakı olimpiya çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilsin:
Abdullayev Namiq Yədulla oğlu
Hüseynov Nazim Qalib oğlu
Meftəhətdinova Zemfira Əli qızı
Şabanova Rəfiqə Mahmud qızı
Şubina Lyudmila Yeqorovna
2. Azərbaycan Respublikası Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il