İDMAN
Azərbaycanın qadın idmançıları güləş üzrə “Qızıl Qran-pri” turnirində dörd medal qazanmışlar
Bakı, 22 sentyabr (AZƏRTAC). Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də turnirdə qadın güləşi üzrə yarışlar keçirilmişdir. Azərbaycan idmançıları dörd medal qazanmışlar. 48 kiloqramadək çəki dərəcəsində Şəfəq Muradzadə üçüncü yeri tutmuş, Anjela Doroqan isə (51 kiloqram) ikinci olmuşdur. 59 kiloqramadək çəkidə bürünc mükafatı İrina Netreba (59 kiloqram) qazanmışdır.
Qızıl medalı Nadejda Sementsova (67 kiloqram) əldə etmişdir. Finalda o, amerikalı Veronika Karlsona qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:31]
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]