İDMAN
Azərbaycanın qadın voleybolçuları dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamışlar
Bakı, 3 yanvar (AZƏRTAC). Yanvarın 3-də qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində J qrupun oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız İsrail voleybolçuları ilə qarşılaşmışdır. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəlmişdir. Komandamızın növbəti rəqibi Estoniya yığması olacaqdır. Bu görüş yanvarın 4-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcəkdir.
Qeyd edək ki, çempionatın üçüncü mərhələsində 5 qrupun hər birində 4 komanda olmaqla, ümumilikdə 20 ölkənin milli komandası mübarizə aparacaqdır. Qrupda birinci yeri tutan komanda dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqdır. Qrup ikinciləri arasında ən yaxşı nəticə göstərmiş bir kollektiv də həlledici mərhələyə yüksələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]