İQTİSADİYYAT
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək yolunun rəqəmsallaşmasına töhfə verir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək yolunun rəqəmsallaşmasına töhfə verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, bu fikri mərkəzin icraçı direktoru Vüsal Qasımlı "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda keçirilən seminarda səsləndirib.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə məlumat verib.
"Azexport" portalının rəhbəri Zaur Qardaşov isə "Azexport" və "Alibaba" arasında olan əməkdaşlıq barədə danışaraq qeyd edib ki, bu günlərdə "Azexport" "Alibaba"nın "uğur hekayəti" kimi qəbul edilib.
Çinin İctimai Elmlər Akademiyası (ÇSEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Canxun isə diqqətə çatdırıb ki, onun ölkəsində qlobal çağırışlara uyğun olaraq iqtisadi siyasət yürüdülür. Pei Canxunun sözlərinə görə, iki ölkənin alimləri arasında əməkdaşlıq hər iki modelin dərindən öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.
Seminarda Böyük İpək yolu boyunca Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə olunub. Xüsusilə neft-qaz, İKT, aqrar, turizm və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.
Çinin İctimai Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olub.