İDMAN
Azərbaycanın şahmatçı qızları BƏƏ-də keçirilən Dünya çempionatında ön sıralardadırlar
Bakı, 24 dekabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə yeniyetmələr və uşaqlar arasında dünya çempionatları davam edir. 8 yaşından 18 yaşınadək altı yaş dərəcəsində şahmatçı oğlan və qızlar mükafatlar uğrunda mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın 45 idmançısı iştirak edir.
6 yaş qrupundan 2-də Azərbaycan şahmatçıları inamla ön mövqeləri tuturlar. 12 yaşınadək olan qızların turnirində Xanım Balacayeva 6,5 xal toplayaraq ikinci yerdədir. Rusiyalı Polina Şuvalova da eyni xal toplamışdır. 18 yaşınadək qızların turnirində Səbinə İbrahimova 5,5 xal toplayaraq ilk altı şahmatçının sırasındadır. Azərbaycan şahmatçıları arasında Nərmin Məmmədova da yaxşı nəticə göstərir. O, 14 yaşınadək qızların turnirində 6 xalla ikinci yeri tutur.
Yarışlar İsveçrə sistemi üzrə 11 turda keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]