İDMAN
Azərbaycanın U-17 komandasının İstanbulda təlim-məşq toplanışı olacaqdır
Bakı, 9 sentyabr (AZƏRTAC). On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 10-dan 19-dək Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaqdır.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, toplanışa Ağaseyid Qasımov, Kamran Nəsirov (hər ikisi “Qarabağ”), Elməddin Məmmədov (“Neftçi”), Renat Ağaverdiyev, Umar Akmurzaev (hər ikisi “Bakı”), Bəhlul Mustafazadə, Fərid Əsədli, Roman Hüseynov, Emin Zamanov, Yusif Nəbiyev, Tural Məmmərzayev (hamısı “Qəbələ”), Elnur Cəfərov (“Xəzər-Lənkəran”), Fərid Kərimzadə (“Sumqayıt”), Elgün Uluxanov (MOİK, Moskva), Şahban Cəbrayılov Şahban (“Anji”, Rusiya), İslamxan Hacıyasulov (“Anji”, Rusiya), Tolga Şahin (“Eintracht 05”, Almaniya), Berdan Yılmaz (“Hannover”, Almaniya), Sinan Avan (“Ballspielverein 04”, Almaniya), Benhür Kama (“Darmstadt”, Almaniya) və Ozan Altın (“Koblenz”, Almaniya) dəvət olunmuşlar.