SİYASƏT
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ YUNANISTANDA SƏFƏRDƏDİR
Bakı, 1 dekabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanda səfərdədir.
E.Məmmədyarov dekabrın 1-dən 2-dək Afinada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edəcəkdir.
Bundan əlavə, nazir E.Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyan ilə görüşü nəzərdə tutulmuşdur. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN başçılarının iştirakı da gözlənilir.
Həmçinin Azərbaycanın xarici işlər naziri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəkdir.