MƏDƏNİYYƏT
Azərbaycanın xınayaxma ənənəsi Uxan festivalında
Pekin, 26 noyabr, AZƏRTAC
Çinin Uxan şəhərində tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib.
Uxan Universitetində təşkil edilən festivalda müxtəlif ölkələrdən olan tələbələr milli stendləri ilə mədəniyyətlərini təbliğ ediblər. Azərbaycanlı tələbələr Sevinc Qacarova, Ayan Kərimova, Aqil Əliyev, Amil Şərbətov və Əli Vəlizadə stendimizi ziyarət edənlərə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadi inkişafı, turizm potensialı haqqında məlumat veriblər. Xüsusilə, xanım ziyarətçilər Azərbaycanın xınayaxma ənənəsinə böyük maraq göstərib, arzu edənlərin əllərinə müxtəlif formalarda xına yaxılıb. Bundan başqa, Azərbaycan milli rəqslərinin ifası maraqla qarşılanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]