SİYASƏT
AZƏRBAYCANIN YƏHUDİ İCMASI İLHAM ƏLİYEVİ YENİDƏN AZƏRBAYCAN PREZİDENTİ GÖRMƏKDƏN MƏMNUNDUR
Azərbaycanın yəhudi icması İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti görməkdən məmnundur. AZƏRTAC xəbər verir ki, bu barədə MDB Ölkələri Yəhudi İcmaları Federasiyasının internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilmişdir.
Məlumatda qeyd edilmişdir ki, İlham Əliyev oktyabrın 15-də keçirilmiş prezident seçkilərində ölkə əhalisinin böyük əksəriyyətinin etimadını qazandı və Azərbaycanın yenidən rəhbəri seçildi: “Azərbaycanın yəhudi icması Prezident İlham Əliyevi təbrik edir, onu yenidən ölkə rəhbəri görməkdən məmnunluğunu bildirir. İcma əminliyini ifadə edir ki, Prezident İlham Əliyev yəhudi icması ilə doğma münasibətlərini daha da inkişaf etdirəcəkdir”.
Azərbaycanın yəhudi icmasının fəallarından olan Milli Məclisin deputatı Yevda Abramov demişdir: “İlham Əliyev sübut etdi ki, o, müstəqil siyasət yürütməyə, ölkənin milli maraqlarını qorumağa qadirdir. Azərbaycan tolerant bir ölkədir, biz burada sülh və dostluq mühitində yaşayırıq”.