Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCANIN YENİ TƏYİN OLUNMUŞ BAŞ NAZİRİ İLHAM ƏLİYEV HÖKUMƏT ÜZVLƏRİNƏ TƏQDİM OLUNMUŞDUR

Avqustun 4-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş naziri İlham Əliyev hökumət üzvlərinə təqdim olunmuşdur.

Dövlət və hökumət nümayəndələrinin iştirak etdikləri tədbiri Prezidentin İcra Aparatının rəhbəri RAMİZ MEHDİYEV açaraq dedi:

-Siz hamınız bu gün çox mühüm ictimai-siyasi hadisənin şahidi olmusunuz. Artıq məlumdur ki, bu gün Milli Məclisin iclası keçirilmişdir və hörmətli cənab Prezidentin təqdimatı əsasında Milli Məclis hörmətli İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxmışdır.

Onu qeyd etmək istəyirəm ki, Milli Məclisin iclası çox gözəl keçdi və çıxış edən bütün deputatlar hörmətli İlham müəllim haqqında çox dəyərli fikirlər söylədilər. Hamının yekdil bir fikri oldu ki, cənab Prezident Heydər Əliyev çox müdrik bir qərar qəbul edərək, İlham Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə tövsiyə edibdir.

Respublikamızın ictimaiyyəti, dövlət adamları və eləcə də ölkədən kənarda İlham Əliyev haqqında, onun şəxsi keyfiyyətləri, xidmətləri, dövlətçiliyə münasibəti barədə çox geniş məlumata malikdirlər. İlham Əliyev dərin intellektə malik, dövlətçiliklə bağlı bir şəxsiyyətdir. İlham Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Bu xidmətləri Azərbaycan cəmiyyəti, ictimaiyyəti, xarici ölkələrdə də çox yaxşı bilirlər və onu müasir bir siyasətçi kimi qəbul edirlər.

Cənab İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, səkkiz il deputat kimi gördüyü işlərlə yanaşı, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü vəzifəsindəki fəaliyyəti də Azərbaycan cəmiyyətində və xarici dövlətlərdə çox yüksək qiymətləndirilir.

Bir neçə müddət idi cəmiyyətdə fikir mübadiləsi aparılırdı, söhbətlər gəzirdi, İnsanlar narahat idi. Demək olar, bütün xalqımız cənab Prezidentin xəstəliyi ilə bağlı narahatlıq keçirirdi. Bütün xalqımız düşünürdü ki, cənab Prezidentin 34 illik fəaliyyəti nəticəsində Azərbaycanda əldə olunmuş uğurları, bu xətti kim davam etdirəcək, nə cür olacaq, Azərbaycanın taleyi kimlə bağlı olacaqdır? Bu gün cənab Prezident artıq öz Fərmanlarını imzalayıbdır. Deyə bilərəm ki, bu gün saat 4-də Ankaradan təyyarə gəldi və həmin Fərmanlar bizə təqdim olundu. Biz bunu artıq cəmiyyətə, ictimaiyyətə çatdırmışıq. İndi də sizə bildirmək istəyirəm.

Demək istəyirəm ki, bu, cəmiyyətdə çox böyük sevinclə qarşılanmışdır. Sizə açıq deyim ki, bu gün Prezident Aparatına dövlət adamlarından, adi insanlar içərisindən yüzlərlə telefon zəngi olubdur. Mənə zəng olubdur, bizim Aparatın başqa işçilərinə, şöbə müdirlərinə zənglər olubdur. İnsanlar öz sevincini, razılığını bildirir və cənab Prezidentə bir daha dərin hörmət və təşəkkürlərini bildirirlər ki, çox ağıllı, müdrik bir qərar qəbul edibdir. Ona görə biz cənab Prezidentə cansağlığı arzu edirik. Arzu edirik ki, o, müalicəsini başa çatdırıb tezliklə ölkəyə qayıtsın, Prezident seçkilərində iştirak etsin.

Xalq artıq cənab Prezidentin seçkilərdə iştirakı ilə bağlı öz münasibətini bildiribdir. Çoxsaylı mitinqlərdə, iclaslarda, görüşlərdə xalq öz fikrini bildiribdir. Cənab Prezident, demək olar ki, yenidən ölkənin başçısı seçilibdir. Formal tərəfi qalıb, oktyabrın 15-də seçki keçiriləcək və heç şübhə yoxdur ki, cənab Prezident növbəti beş il üçün də dövlətin başçısı seçiləcəkdir.

Sənədlərin göndərilməsi ilə bağlı mənə Ankaradan zəng oldu. Mənə məlumat verdilər ki, cənab Prezident parlamentin bugünkü iclasına televiziya vasitəsilə baxıb, onu çox yüksək qiymətləndiribdir. O insanlar ki, dövlətçilik mövqeyindən öz münasibətini bildirib, İlham Əliyev haqqında söylənilən fikirləri bəyəniblər - möhtərəm Prezident onlara öz razılığını, təşəkkürünü bildiribdir. Qeyd edibdir ki, parlamentin iclası bir daha onu təsdiq etdi ki, o, düzgün qərar qəbul edibdir.

Ona görə icazə verin, belə bir mühüm hadisə ilə bağlı sizin hamınızı təbrik edim. İlk növbədə, hörmətli İlham müəllimi təbrik edim, ona cansağlığı arzulayım. Biz hamımız əminik ki, İlham Əliyev öz yeni vəzifəsində cənab Prezidentin xəttini bundan sonra da davam etdirəcəkdir. Deyə bilərəm ki, o, indiyədək cənab Prezidentin tapşırıqları, göstərişləri əsasında bütün vəzifələrin öhdəsindən çox ləyaqətlə gəlmişdir.

Heç şübhə yoxdur, o, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinin öhdəsindən də layiqincə gələcək, cənab Prezidentin etimadını, bizim xalqımızın etimadını doğruldacaqdır. Bu vəzifədə, bu işdə ona böyük-böyük uğurlar arzulayırıq.

Mən inanıram ki, bu gün burada iştirak edən dövlət və hökumət adamları hörmətli İlham müəllimin ətrafında birləşəcəklər və Nazirlər Kabinetinin qarşısında Prezident tərəfindən qoyulan bütün vəzifələrin öhdəsindən canla-başla gələcəklər. Əsas məsələ odur ki, bundan sonra da öz vəzifəmizə çox ciddi və məsuliyyətlə yanaşaq, cənab Prezident tərəfindən bizə göstərilən hörməti və etimadı doğruldaq. Təşəkkür edirəm.

X X X

Şonra Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış Fərmanları oxudu.

Fərmanlar qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur.

X X X

Baş nazirin birinci müavini ARTUR RASİZADƏ çıxış edərək dedi:

-Hörmətli cənab Baş nazir!

Hörmətli hökumət üzvləri!

Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin Baş nazir təyin olunması haqqında Fərmanını çox düzgün və müdrik qərar hesab edirəm. Bu təyinat Nazirlər Kabinetinin daha məhsuldar işləməsinə, möhtərəm Prezidentimizin respublika hökuməti qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinə səbəb olacaqdır.

Hamımız İlham Əliyevi təcrübəli siyasətçi, iqtisadiyyatı dərindən bilən dövlət adamı kimi tanıyırıq. Biz İlham Əliyevin ətrafında sıx birləşməli, daha məsuliyyətlə və əzmlə işləməliyik.

İcazə verin, hamınızın adından hörmətli İlham Əliyevi ürəkdən təbrik edim, Heydər Əliyev siyasi xəttinin davamçısı kimi fəaliyyətində ona uğurlar arzulayım.

X X X

Sonra Azərbaycanın Baş naziri İlham Əliyev çıxış etdi.

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN

ÇIXIŞI

-Hörmətli Ramiz müəllim!

Hörmətli Artur müəllim!

Nazirlər Kabinetinin hörmətli üzvləri!

İlk növbədə, mənə göstərilən bu böyük etimada görə cənab Prezidentə, Milli Məclisə təşəkk ürümü bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, çalışacağam öz fəaliyyətimdə bu yüksək etimada layiq olum.

Azərbaycanda Heydər Əliyev tərəfindən aparılan iqtisadi siyasəti çox yüksək qiymətləndirirəm. Onun icrası ilə bilavasitə bağlı Nazirlər Kabinetinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasət bizə imkan verir ki, çox qısa bir müddət ərzində Azərbaycan iqtisadi cəhətdən möhkəmlənsin, güclənsin, ölkədə güclü iqtisadi potensial yaransın.

Təkcə neft sektorunda görülən işlərin sadalanması kifayətdir bildirək ki, biz hansı əhəmiyyətli, irimiqyaslı layihələri həyata keçiririk. Bu layihələr təkcə bizim üçün deyil, bütün region üçün, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində insanlarımızın rifah halı günü-gündən yaxşılaşır. Cənab Prezidentin son Sərəncamları bir də onu göstərir ki, insana qayğı bizim siyasətin, cənab Prezidentin siyasətinin ən vacib bir hissəsidir. Çətin bir şəraitdə, hələ ki, Azərbaycanın bəlkə o qədər də iqtisadi imkanlarının olmadığı, məhdud olduğu bir vaxtda böyük bir təbəqənin maaşları artırılıbdır. Ümumiyyətlə isə, onların həyat səviyyəsi yenə də yaxşılaşacaqdır. Qaçqınlara göstərilən qayğı, yeni salınan şəhərciklər, qəsəbələr onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi siyasət düzgün siyasətdir və gərək biz hamımız bu siyasəti davam etdirək.

Mən Artur müəllimin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artur müəllim cənab Prezidentin çox etibarlı silahdaşıdır. Uzun illər ərzində onun rəhbərliyi altında fəaliyyət göstərən Nazirlər Kabineti çox mütəşəkkil bir qurumdur, çox yaxşı fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində Azərbaycan iqtisadiyyatda böyük uğurlar əldə edibdir. Mən əminəm ki, bundan sonra da biz hamımız birlikdə bu siyasəti davam etdirəcəyik.

Mən vaxtınızı çox almaq istəmirəm. Bir məqama da toxunmaq istəyirəm. Yəqin ki, bəzi siyasi möhtəkirlər, müxalifətdə olan bəzi şəxslər bu məsələləri onların maraqlarına cavab verən tərzdə təhlil edəcəklər. Yenə də çalışacaqlar ki, iqtidar daxilində hansısa ziddiyyət toxumları səpsinlər. Mən bunu dəfələrlə demişəm, hesab edirəm, bu gün də bunu demək lazımdır. Sizə bir daha bəyan edirəm ki, Azərbaycanda vahid bir komanda mövcuddur. O da Heydər Əliyev komandasıdır. Mən də o komandanın üzvüyəm, biz hamımız onun üzvüyük. Mənim öz komandam yoxdur və olmayacaq.

Ona görə, istəyirəm hamı bunu bilsin ki, Nazirlər Kabineti bu vaxta qədər işlədiyi tərzdə öz fəaliyyətini davam etdirəcəkdir. Bu günə qədər görülən işlər bunu deməyə əsas verir. Görülən işlər çox gözəl nəticələrini artıq verir və bundan sonra da verəcəkdir. Ona görə, sadəcə olaraq, bunu bəyan etmək istəyirəm ki, biz hamımız bundan sonra da adi rejimdə işləyəcəyik. Burada heç bir dəyişiklikdən söhbət gedə bilməz. İqtisadiyyatda aparılan siyasət dəyişməz olaraq qalacaq və Nazirlər Kabinetində mövcud olan işlər də köhnə qaydada saxlanılacaqdır.

Mən əminəm ki, biz birlikdə bundan sonra da cənab Prezidentin iqtisadi siyasətinin həyata keçirilməsini davam etdirəcəyik. Hamımız birlikdə çalışacağıq ki, Azərbaycanda iqtisadiyyat güclənsin, insanlarımız rahat, firavan və rifah içində yaşasınlar. Sağ olun. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb