RƏSMİ XRONİKA
AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDAKI MÜNASİBƏTLƏR ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ALİ QONAĞIN ŞƏRƏFİNƏ
Xəbər verdiyimiz kimi, aprelin 4-də Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin şərəfinə rəsmi ziyafət verilmişdir.
Salona toplaşanlar dövlət başçılarını və onların xanımlarını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Prezident Əhməd Necdət Sezər ziyafətdə nitq söylədilər.