ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransın təşkilat komitəsinin üzvü seçilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2018-ci il iyulun 11-dən 13-dək Bakıda keçiriləcək “Sənaye tətbiqli optimallaşdırma və idarəetmə” mövzusunda VI beynəlxalq konfransın təşkilat komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, idarəetmə və optimallaşdırma sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya toplayacaq konfransda idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Beynəlxalq tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sponsorluğu ilə keçiriləcək.