ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Qazaxıstanda Çingiz Aytmatova həsr olunan elmi konfransda iştirak edib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Qazaxıstanda elmi ezamiyyətdədir.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində görkəmli qırğız yazıçısı, dünya ədəbiyyatının klassiki Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Çingiz Aytmatovun dünyası” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans çərçivəsində görkəmli yazıçı Çingiz Aytmatovun “Əlvida, Gülsarı!” əsərinin yeni nəşrinin təqdimatı keçirilib.