Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasında böyük maraqla qarşılanıb

Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasında böyük maraqla qarşılanıb

Strasburq, 2 oktyabr, AZƏRTAC

Avropa Şurasında müzakirəyə çıxarılan məruzələrin hər birində aktuallıq, qitədə və dünyada daha demokratik ictimai-siyasi mühit quruculuğuna müsbət təsir əsas şərt kimi götürülür. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası da istisna olmadı. Lakin bu sessiya ərzində dinlənilən hesabatlar içərisində əksəriyyətin təsdiq etdiyi kimi ən uğurlusu Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sentyabrın 30-da müzakirə edilən “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” adlı məruzəsi oldu.

Ən adi statistika da bunu təsdiqləyir ki, digər məruzələrlə bağlı müzakirələrə 10-20 nəfər deputat yazılsa da, R.Hüseynovun hesabatı ilə əlaqədar diskussiyalara İsveçdən, İslandiyadan, Belçikadan, Albaniyadan, Rumıniyadan, Böyük Britaniyadan, Macarıstandan, Fransadan, İsveçrədən, Almaniyadan, İspaniyadan, İrlandiyadan, Gürcüstandan, Monteneqrodan, Bosniya və Herseqovinadan, eləcə də Assambleyaya üzv olmayan Mərakeşdən, İsraildən, Fələstindən və digər ölkələrdən 40-a yaxın çıxışçı qatıldı. Çünki problem hər kəs üçün ciddi maraq kəsb etdiyi kimi, məsələnin məruzədəki balanslaşdırılmış, obyektiv həlli də Avropanın müxtəlif ölkələrindən olan nüfuzlu siyasətçiləri müzakirəyə qoşularaq fikirlərini bölüşməyə cəlb edirdi.

Əvvəlcə Assambleyaya üzərində il yarım işlədiyi məruzənin mahiyyəti və başlıca istiqamətləri ilə bağlı məlumat verən Rafael Hüseynov dedi: “Azadlıq duyğusu insanla birgə doğulur və həyatı boyu onunla qalır. İnsan var olduqca azad yaşamaq istəyir, çeşid-çeşid azadlıqlara doğru can atır və təməl azadlıqlar sırasında etiqad azadlığının xüsusi yeri var. Yer üzündə ayrı-ayrı fərqləri olan müxtəlif dinlər var. Lakin bütün dinlərin bünövrəsində dayanan etiqaddır. Etiqad azadlığına isə hər insan daim ehtiyac duyur. Həmin səbəbdən də etiqad azadlığı ilə bağlı söhbətlər və düşüncələr əslində hər bir insan övladına aid mövzudur. Dinlər və mədəniyyətlər arasında dialoq, etiqad azadlığı, Avropada və dünyada daha tolerant bit mühitin formalaşması problemləri son bir neçə ildə Assambleyada diqqət mərkəzində saxlanan mövzulardır. Təsadüfi deyil ki, son illərdə bu haqda Avropa Şurasında bir sıra məruzələr dinlənilib və qətnamələr qəbul edilib. Onların bir qisminin də müəllifi, yaxud həmmüəllifi mən olmuşam. Hazırkı məruzə həmin silsilənin davamı olsa da, təbii ki, problemlə bağlı bütün suallara cavab verən sonuncu araşdırma olmaq iddiasında deyil. Əlbəttə ki, bu xətt davam etdiriləcək. Çünki dəyişən dünyamızın özü bunu zəruri edir. Təsəvvür edin ki, bir il yarım bundan əvvəl biz bu tədqiqata başlayanda məruzənin ilkin sərlövhəsi “Etiqad azadlığı və dini təcrübələr” idi. Lakin dünyanın, eləcə də Avropanın ictimai-siyası həyatında baş verən bir sıra hadisələr, etiqad məsələləri ilə əlaqələndirilən ayrı-ayrı terror aktları istər-istəməz mövzu dairəsinin genişləndirilməsinə gətirib çıxardı.

2015-ci ilin ilk yanvar günlərində Parisdə, yenə bu ilin fevralında Kopenhagendə baş verən qanlı terror aktları, Fransada yəhudi məzarlarına qarşı edilən hörmətsizliklər və digər bu qəbil zorakılıq aktları sövq etdi ki, dinlər mövzusu, etiqad azadlığı məsələlərini biz ümumən demokratik cəmiyyət anlayışı, birgəyaşayış problemi müstəvisində nəzərdən keçirək. Cərəyan edən proseslərin diktəsi ilə məruzə indiki çərçivədə həllini tapdı. Biz həmin gedişatda müxtəlif dinləri - xristianlığı, iudaizmi, islamı təmsil edən mütəxəssislər və din xadimlərinin iştirakı ilə beş dəfə ətraflı müzakirələr apardıq. Əgər hansısa başqa ən mübahisəli, ən həssas mövzularla bağlı hazırlanan məruzələrdə 1 və ya 2 kollokvium, “dəyirmi masa” ilə kifayətlənmək yetərli sayılırsa, burada istiqamətlərin çoxluğu, problemin rəngarəngliyi və ilk növbədə də mövzunun fəlsəfəsi daha davamlı və çoxşaxəli müzakirələr tələb edirdi. Çünki problem bizim də bir parçası olduğumuz müasir cəmiyyətdə yaşayan insanların bağlı olduğu bütün aparıcı dinlərin mövqeyini dərindən öyrənmək, düzgün nəticələrə gəlməkdən ötrü böyük əhəmiyyət kəsb edirdi. Biz adətən tolerantlığı müasir cəmiyyətin həyatında daim bərqərar olmalı bir element sayır, onu təqdir və təbliğ edirik. Artıq Avropa və dünya birgəyaşayışın elə bir mərhələsindədir ki, bunsuz keçinmək mümkün deyil. Lakin bizim gəldiyimiz əsas qənaətlərdən biri budur ki, sadəcə dözümlülük arzusunda olduğumuz, qurmaq istədiyimiz ideal cəmiyyət və birgəyaşayış üçün azdır. Elə bir zaman gəlib çatıb, xalqların təmaslarının, qaynayıb-qarışmasının elə bir həddinə yetişmişik ki, biz bir-birimizə dözməyi, bizimlə yanaşı mövcud olan digər mədəniyyət və dinlərə anlama duyğusu ilə yanaşmağı kafi saymaqla qala bilmərik. Cəmiyyətlərimizdəki çoxdinliliyi biz ortaq sərvətimiz kimi qavramalı, ondan bəhrələnməyə, zənginləşmə üçün bir vasitə kimi istifadə etməyə çalışmalıyıq. Yəni taleyin, vaxtın gedişatının bizə qismət etdiyi bu rəngarəngliyi barışmalı olduğumuz reallıq kimi yox, qazancımız, üstünlüyümüz kimi dərk edəndə yaşamaq da asanlaşır, cəmiyyət də saflaşır.

“Birgəyaşayış” ifadəsi ortaq evimiz olan Avropa, müştərək yuvamız olan dünya deməkdir. Digər din və mədəniyyətlərə də öz etiqad və ənənələrimizə, mədəni sərvət və dəyərlərimizə yanaşdığımız ehtiramla yanaşanda, mühitimizin demokratik ab-havası da daha artıq sağlamlaşır. Əksinə olanda cəmiyyətdə yeni çatlar törəyir, arzuolunmaz təlatümlər, ziddiyyətlər bir-birini əvəz etməyə başlayır. Nə xristianlıq, nə islam, nə iudaizm, nə də təməl kitabı olan başqa böyük dinlər heç vaxt zorakılığı təbliğ etməyib, əksinə həmişə insanları dostluğa, ülfətə səsləyib, qarşılıqlı ehtirama kökləyib. Tarixi təcrübə də onu təsdiqləyir ki, ortaya çıxan problemlərin, qarşıdurmaların təməlində də çox zaman bir-birini yaxşı tanımamaq, bir-birinə daha yaxşı bələd olmağa təşəbbüs göstərməmək dayanıb. Digər bir amil də ondan ibarətdir ki, müasir cəmiyyətlərdə adətən dini, mədəni, etnik zəmində baş verməsi təəssüratları oyatmağa çalışılan konfliktlərin özülündə əslində tamam başqa məkrli niyyətlər, siyasi hədəflər durur. Sadəcə, din, mədəniyyət, etnik fərqlilik kimi anlayışlar möhtəkirlik vasitəsinə döndərilir, qərəzli, çirkin məqsədlərlə, cəmiyyətləri çaşdırmaq üçün önə çəkilir. İndi söyləyəcəyim ibrətli hekayəti müasir həyat özü yaradıb”.

Deputat ayrı-ayrı dinlərə və millətlərə məxsus olan, əsrlərin sınağından keçib gələn bəzi adətlər, ənənələr, təcrübələrlə bağlı məqam üzərində də dayanıb. O bildirdi: “Təəssüflər ki, “dini təcrübələr” deyə təqdim olunan bir sıra adətlər əslində heç din mənşəli deyil. Xalqların özünəməxsusluğunu, yaşadığı mühit və tarixi şəraitlə əlaqəli bir sıra vərdişlərini, ənənələrini, adətlərini, təcrübələrini dərindən araşdıranda əmin olursan ki, əslində dinlərin onlara müdaxiləsi tarixən müəyyən nizam yaratmaq məqsədi ilə baş verib. Birgəyaşayışa, yanaşı mövcudluğa ziyan vurmayacaq səviyyədə olan bu qəbil adət və təcrübələrin də hər birinə anlama duyğusu ilə, hörmətlə yanaşmaq gərəkdir. Yəni, demokratik cəmiyyətlərin sakinləriyiksə öz haqlarımızla başqalarının hüquqlarının sərhədlərini həmişə dəqiq gözləməyimiz lazımdır. Ölkələr arasında sərhədlərin getdikcə tamamilə aradan qalxdığı, şəffaflığın daha da çoxaldığı şəraitdə biz bu demokratik, mənəvi sərhədləri arzu olunan səviyyədə qoruya bildikcə birgəyaşayışın da problemləri azalar, cəmiyyət də daha artıq demokratikləşər”.

Daha sonra Rafael Hüseynov Avropa Şurasında təcili müzakirə təriqi ilə gündəliyə salınmış, bir gün əvvəl çox geniş müzakirə edilmiş Avropaya qaçqın axınları məsələsinə toxunaraq dedi: “Biz burada dünən dəhşətli hadisəni, minlərlə insanın - kişilərin, qadınların, uşaqların, qaçqın və miqrantların çəkdiyi məşəqqətlər barədə həyəcanlı müzakirələr apardıq. Görünən kədərli həqiqət budur ki, sanki Avropa qalası ona sığınan insanları qorumaq gücündə deyil və bunu az qala təcavüz kimi qəbul edir. Avropa dövlətləri bu qaçqın axınları qarşısında gücsüz qalaraq onların önündə sərt divar çəkməyə başladı. Avropaya kənardan gələn bu problem bütün qitəni silkələdi. Lakin Avropanı içəridən silkələyən fanatizm, dini ekstremizm, dözümsüzlük, ksenofobiya kimi digər ağır problemlər də var ki, demokratik cəmiyyətdə birgəyaşayış üçün bunlar daha sarsıdıcı ziyanlar vurmaq iqtidarındadır.

Biz Avropa Şurasında dinlər arasında dialoqu daimi müzakirə mövzusu edən, ortaya çıxan problemlərə ləngitmədən reaksiyalar verən bir platformanın mövcudluğunu zəruri sayırıq. Biz, eyni zamanda, Avropa təhsil şəbəkəsində dinlərlə bağlı biliklərin gənc nəsillərə öyrədilməsinin sistemə salınmasını tövsiyə edirik. Bu halda məktəb özü dinlərin, etiqadların bir görüş yerinə çevrilər. Bu cəhalətə, gözüyumulu etiqada, müxtəlif dini cərəyanların təsirinə düşməkdən xilas olmağa, təbii ki, həm də dinlərin fəlsəfəsini, böyük humanist mənasını anlamağa da real vasitə olar. Bu elə incə və əhəmiyyətli məsələdir ki, mütləq dövlətlə dini icma və qurumların sıx əlaqəsi və əməkdaşlığını tələb edir”.

Rafael Hüseynovun hazırladığı məruzənin müzakirələrində iştirak edən isveçrəli deputat Alfred Heer, islandiyalı Oqmundur Yonasson, ukraynalı Pavlo Unqurian, moldovalı Valeriu Gileçi, ingiltərəli Rocer Geyl, litvalı Gediminas Yakovonis, almaniyalı Aksel Fişer və başqaları bu araşdırmanı Avropa Şurasının ən müvəffəqiyyətli layihələrindən sayaraq müəllifin zəhmətini yüksək qiymətləndirdilər. Çexiya Respublikasından Qabriela Peskova, İsraildən Esavi Frey, fransalı deputat Marivone Blondin, Almaniyadan Tomas Feist, Albaniyadan Namik Dokle və digərləri bu qədər həssas bir məsələdə bunca dəqiq nəticələrə gəlməyi, belə ustalıqla tənzimlənmiş, ədalətli, bütün tərəfləri razı salacaq mövqe ifadə etməyi məruzəçinin yüksək elmi və siyasi səriştəliliyinin, fikirlərini məharətlə ifadə edə bilmək qabiliyyətinin nəticəsi olduğunu söylədilər. Siyasi qrup adından çıxış edən ukraynalı deputat Sehriy Kiral Assambleya üzvlərinə müraciət edərək onları mütləq R.Hüseynovun bu məruzəsini bir daha yenidən diqqətlə oxumağa çağırdı: “Bu əla hazırlanmış, son dərəcə yüksək elmi səviyyədə və hər kəsin ən mürəkkəb problemləri rahat anlayacağı tərzdə qələmə alınmış məruzə dönə-dönə oxunmağa layiqdir. Orada ifadə olunan mövqe, göstərilən yollar isə Avropa Şurasına üzv olan ölkələrdə bir meyar olaraq istifadə edilməlidir”.

Ermənistan nümayəndə heyətinin müzakirələrə təxribatçı çıxışla qatılan, Azərbaycandakı tolerantlıq mühiti barədə böhtançı, saxta fikirlər söyləyən nümayəndəsinə cavab verən məruzəçi Rafael Hüseynov bildirdi: “Azərbaycanın bütün dünyada ən nümunəvi tolerant ölkələrdən biri olması o qədər aşkar həqiqətdir ki, bunun haqqında əlavə söz açmağa belə ehtiyac yoxdur. Məhz bütün bunları nəzərə alaraq 2014-cü ilin sentyabrında Avropa Şurası dinlərarası dialoqa həsr edilən, dünyanın müxtəlif ölkələrindən gələn və ayrı-ayrı dinləri təmsil edən yüzlərlə din xadimi və alimin iştirakı ilə keçirilən möhtəşəm elmi konfransa ev sahibliyini Azərbaycana həvalə etdi”.

Üç saata yaxın çəkən qızğın və əhatəli müzakirələrdən sonra məruzənin qətnamə layihəsi səsə qoyularaq qəbul edildi.

Rafael Hüseynovun “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” adlı məruzəsinin uğurla keçən müzakirələri haqda Avropa Şurasının rəsmi internet saytında da geniş yazı yerləşdirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası