İDMAN
Azərbaycanlı gənclər üçün Yunanıstanda təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir
Qədim Olimpiya, 11 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 11-də Beynəlxalq Olimpiya Akademiyasında növbəti məruzələr dinlənilmişdir. Yunanıstanın Demakratius Universitetinin müəllimi Dimitris Gargalianos “İdmançıların ikinci karyerası”, Afinadakı Peloponnese Universitetinin mütəxəssisi Paraskevi Lioumpi “Olimpiya təhsil proqramının inkişafı və həyata keçirilməsi” və Cənubi Rusiya Olimpiya Akademiyasının vitse-prezidenti, Kuban Universitetinin professoru Denis Krujkov “Soçi-2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkili” mövzularında məruzələrlə çıxış etmişlər.
Sonda iştirakçıların sualları cavablandırılmışdır.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Qədim Olimpiya