CƏMİYYƏT
Azərbaycanlı stomatoloqun məqaləsi Avropa Parodantologiya Federasiyasının jurnalında dərc olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları xarici ölkələrin elmi müəssisələri və alimləri ilə birgə müştərək işlər yerinə yetirir və alınan nəticələr dünyanın nüfuzlu tibbi jurnallarında çap olunur.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəylinin elmi məqaləsi Avropa Parodantologiya Federasiyasının rəsmi nəşri olan “Kliniki parodontologiya” jurnalında dərc edilib.
Diş əti çəkilmələrinin cərrahi müalicəsindən ibarət olan həmin tədqiqat Braziliyanın İbirapuera, Türkiyənin Altınbaş və Yeditepe Universitetlərinin əməkdaşları ilə birgə yerinə yetirilib.