MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçının “Əmir Teymur zirvəyə doğru” və “Əmir Teymur dünyanın hakimi” əsərləri özbək dilində çap edilmişdir
Daşkənd, 4 sentyabr (AZƏRTAC). Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun “Əmir Teymur zirvəyə doğru” və “Əmir Teymur dünyanın hakimi” əsərləri özbək dilinə tərcümə edilərək bir kitab halında Daşkənddə çap olunmuşdur.
Əsərləri orijinaldan özbək dilinə şair və tərcüməçi Usman Kuçkar tərcümə etmişdir. Kitabın özbək dilində tərcüməsini təşkil edən və rəyçi Qulu Kəngərlidir.
Yazıçının bu əsərləri bundan əvvəl rus, türk və qazaх dillərinə də tərcümə olunmuşdur. Eyni zamanda, Moskvada rus dilində böyük tirajla nəşr olunmuş və populyarlıq qazanmışdır.
İndiyədək Yunus Oğuzun “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi” kitabları Türkiyədə böyük tirajla çap olunmuşdur.
Müəllifin “Nadir şah” romanı 2010-cu ildə Londonda ingilis dilində nəşr edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd