“AZƏRBORU” YENİ AVADANLIQ ALACAQ
“Azərboru” SC Almaniyanın “Fux” firmasının iştirakı ilə bu günlərdə 70 tonluq elektriklə əritmə sobası və soba-təknə alacaqdır. Bu aqreqatlar pəstahların fasiləsiz tökülməsini təmin edəcəkdir. Bundan başqa, İtaliyadan eyni vaxtda müxtəlif poladəritmə əməliyyatlarını yerinə yetirən “320” markalı aqreqat da gətiriləcəkdir.
“Azərboru” SC-nın baş direktoru Əzim Əzimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bütün bunlar Sumqayıtın metallurgiya müəssisəsinin bərpası layihəsini maliyyələşdirən İngiltərənin “Tarqol invest investments LTD” şirkəti tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [15:03]
Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verilib
- 21.04.2025 [13:26]
Dünya bazarında qızıl kəskin bahalaşıb
- 21.04.2025 [11:22]
“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib
- 21.04.2025 [10:39]