AZERCELL “UĞUR-2004” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azercell Telecom Birgə Müəssisəsi “Consulting & Business” jurnalının “Uğur-2004” mükafatına layiq görülmüşdür. Azercell bu mükafatı ikinci ildir ki, qazanır.
Mükafatın təqdimat mərasimində müəssisənin baş direktoru Sərdar Canoğulları demişdir ki, Azercell Azərbaycanın mobil rabitə lideridir. 2004-cü ildə abonentlərimizin sayı 1 milyonu keçmişdir. Ölkəmizdə ilk dəfə MMS texnologiyasını tətbiq edən Azercell, İSO 9001: 2000 standartlarına uyğunluq sertifikatı almışdır.