İQTİSADİYYAT
“Azercell”dən yeni “10GB=10AZN” kampaniyası
Bakı, 11 iyun (AZƏRTAC). “Azercell Telekom” MMC iyunun 11-də yenidən “10GB=10AZN” kampaniyasına başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, kampaniya çərçivəsində abonentlər “data kart” alarkən pulsuz “data nömrə” əldə edəcək və üstəlik 10 geqabaytlıq (GB) paket hədiyyə qazanacaqlar . İstifadəçi 10 GB-lıq paketden 10 faktura dövrü ərzində istifadə edə bilər. 10GB bir faktura dövründən tez bitdiyi halda, sürət 128 kiqabit/saniyəyə endirilir və bu sürətlə faktura dövrünün sonunadək internetdən pulsuz istifadə olunur. Ayda 10 manat ödəməklə isə internetdən limitsiz istifadə etmək mümkündür.
Kampaniyanın yeniliyi ondan ibarətdir ki, abonent “data kart” almadan 10GB-lıq paketə qoşula və smartfon, planşet və yaxud modem kimi istədiyi cihazdan istifadə edə bilər.
“Azercell” ilin əvvəlindən indiyədək sərfəli endirim paketləri, yeni xidmətlər təqdim etmiş və çoxsaylı kampaniyalar keçirmişdir. Şirkət yaxın günlərdə daha maraqlı yeniliklər təqdim etməyə hazırlaşır.